
Azərbaycan iqlim dəyişikliyi ilə qlobal mübarizəyə öz töhfəsini verməkdədir.
"AVESTA.AZ" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov bildirib.
"Azərbaycanda 2025-ci ilə qədər ortamüddətli, 2030-cu ilə qədər isə uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması, o cümlədən daxili çaylar üzərində su anbarlarınln tikilməsi, alternativ sulardan istifadənin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması hədəflənir", - deyə o qeyd edib.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stallmeister isə qeyd edib ki, Azərbaycan qlobal miqyasda dekorbanizasiyanın təsirinə birbaşa məruz qalan ölkərdən biridir.
"Azərbaycan növbəti illərdə həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək. Bu, xüsusilə kənd təsərrüfatına təsir edəcək", - deyə o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.