
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil yolu keçən, şəxsiyyəti hələ məlum olmayan 40-50 yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Sürücü saxlanılıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.