9-02-2022, 16:01 1030

“Mühəndis” silsilə oğurluqlar etdi -

Bakıda özünü mütəxəssis kimi təqdim edərək silsilə oğurluqlar etmiş şəxsin cinayət işi üzrə təfərrüat bəlli olub.

Avesta xəbər verir ki, cinayət əməlini törədən şəxs 1981-ci il təvəllüdlü Qasım Mehdiyevdir (şərtidir - məhkəmə sənədlərində adı açıqlanmır).

Ali təhsilli, iki övlad atası olan Qasım 2016-cı ildə də oğurluq üstündə tutulub, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilibmiş.

O, 2019-cu ildə şərti azadlığa buraxılıb, lakin azadlıqda mərc oyunlarında iştirak edərək xeyli borca düşüb.

Qasımın borcunun çox olması, xərclərinin artması onu məcbur edib ki, yenidən köhnə vərdişlərinə qayıtsın, yəni oğurluqla məşğul olsun.

Qasımın ağlına gələn ideya bu olub ki, heç kimə fiziki zərər yetirmədən, sakit şəkildə gizli talama həyata keçirsin.

Bu məqsədlə o, 2021-ci il iyunun 5-də Bakıdakı mənzillərdən birinin qapısını döyərək ev sahibinə “pilot layihə” ilə əlaqədar həmin mənzilin ölçülərini götürəcəyini deyib.

İçəri girib, ev sahibinin digər otağa keçməsindən istifadə edərək yataq otağındakı dolabın üzərindən 450 manatlıq qızıl oğurlayıb.

Onun oğurluğu həmin an diqqət çəkməyib. Mənzili tərk etdikdən sonra isə növbəti qurbanını seçib.

Elə həmin gün digər mənzilə gələrək özünü mühəndis kimi təqdim edib və ölçü götürmək adı ilə bu evdən də oğurluq edib. O, həmin mənzildən 285 manat dəyərində qızıl və 20 manat pulu gizli yolla talayıb.

Qasım əməllərini davam etdirib, 2021-ci ilin iyunun 24-də, iyunun 29-da analoji ideyalarla oğurluğa imza atıb, mənzil sahiblərinin qızıllarını və pullarını oğurlayıb.

“Mən iyunun 5-də mənzilin qapısını döydüm. İçəri daxil olub, otaqlara baxmağa başladıqdan sonra ev sahibinə digər otağı ölçmək istədiyimi dedim. Ev sahibinin digər otağa keçməsindən istifadə edib şalvarın cibindən 100 manat pulu götürdüm. Qızılı da oğurladım. Digər oğurluğum isə belə oldu ki, ev sahibinə evinin plana düşdüyünü dedim. Ondan ölçü cihazı gətirməyini istədim. Yanımdan ayrılan kimi şkafın üzərindəki qızılları götürdüm”, - deyə Qasım öz ifadəsində əməllərini etiraf edib.

Qasım digər oğurluğunu isə ev sahibindən su istəyərək edib. Ev sahibu su gətirməyə gedəndə, “qəhrəman”ımız otaqda tək olmasından istifadə edərək oğurluğu həyata keçirib.

Polisə daxil olan şikayət əsasında iş başlanılıb. Sonra bütün izlər aparıb Qasıma çıxarıb.

Məhkəmənin hökmü ilə Qasım Mehdiyev Cinayət Məcəlləsinin 172.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Paylaş

Xəbər lenti

İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib Bu gün, 00:48 2027-ci ildə ən çox qazandıracaq peşələr - Gəlirli sahələr AÇIQLANDI Bu gün, 00:48 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub Dünən, 23:48 25 yaşlı azərbaycanlı Almaniyada bələdiyyə üzvü seçilib Dünən, 23:48 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu Dünən, 23:48 Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb Dünən, 23:48 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək? Dünən, 22:48 Kardinal: "Vatican News"da erməni dezinformasiyalarının nəşrinin qarşısı alına bilər" Dünən, 22:48 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir? Dünən, 22:48 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub Dünən, 22:48 Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək Dünən, 21:48 Bakıda Vatikan səfirliyinin yaradılmasının vacibliyi vurğulanıb Dünən, 21:48 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək Dünən, 21:48 Pensiyaların tam indeksləşdirilməsi kimlərə şamil olunacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Bədbəxt hadisənin təfərrüatı: "Dirək gəlinin beyninə dəyib, canını tapşırıb" Dünən, 21:48 Qara dənizdə təhlükə, Orta Dəhlizdə fürsət: Azərbaycan üçün yeni imkanlar yaranır? Dünən, 20:48 Mədə yanmasını adi hal hesab etməyin - Bu halda ürək xəstəliyindən xəbər verir Dünən, 20:48 Azərbaycanda kərə və duru yağlar nə üçün bahalaşır? - SƏBƏBLƏR Dünən, 20:48 Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək Dünən, 20:48 Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb Dünən, 20:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Daşkörpü sakinləri etnik təmizləməyə məruz qalıb Dünən, 19:48 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib Dünən, 19:48 "Qalatasaray" daha bir rus futbolçu almaq istəyir Dünən, 19:48 Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Dünən, 19:48 DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb Dünən, 19:48 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb Dünən, 19:48 Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək Dünən, 19:48 Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər Dünən, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib Dünən, 18:48 Nazirlər Kabinetindən təhsilalanlarla bağlı VACİB QƏRAR Dünən, 18:48 Ermənistanda məhbus məhkəmə binasından qaçdı Dünən, 18:48 Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar Dünən, 18:48 Bu rayonda avtomobil yolları təmir olunacaq - 1,8 milyonluq LAYİHƏ Dünən, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib Dünən, 18:48 Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı Dünən, 17:48 Hindistan Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb Dünən, 17:48 Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın Dünən, 17:48 Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi Dünən, 17:48 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü Dünən, 17:48 İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?" Dünən, 17:48 Təkəri partlayan yük maşını aşdı - Daşıdığı qoyunlar yola səpələndi Dünən, 17:48 Azərbaycanlı sabiq icra başçısı Rusiyada vəfat etdi Dünən, 17:48 Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq Dünən, 17:48 Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir Dünən, 16:48 Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir Dünən, 16:48 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı? Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR