26-08-2022, 11:00 820

Azərbaycanın aqrar sektorunda dərman və pestisiddən istifadəyə necə nəzarət edilir?

Son illər bütün dünyada olduğu kimi Azərbaycanda da torpaq və su resurslarına qənaət etmək, bol meyvə-tərəvəz istehsal etmək üçün dərman preparatlarından və pestisidlərdən geniş istifadə olunur. Bəs onlardan istifadə normalara uyğundurmu? Bu məsələyə necə nəzarət olunur? "AVESTA.AZ" insan sağlamlığı baxımından həssas olan bu mövzu ilə bağlı araşdırma aparıb.

"Fermerlər istədikləri qədər dərman və pestisid tətbiq edirlər"

Aqrar sahə üzrə ekspert Köçəri Həsənov hesab edir ki, Azərbaycanda bu sahədə vəziyyət elə də yaxşı deyil: "Ölkəmizdə dərman və pestisidlərdən istifadəyə nəzarət elə də güclü deyil. Azərbaycanlı fermerlər məhsullarına istədikləri qədər dərman və pestisid tətbiq edirlər. Halbuki, dünyada kimyəvi tərkibli maddələrin meyvə və tərəvəz istehsalında tətbiqi getdikcə azaldılır. Hətta bəzi Avropa ölkələrində dərman və pestisidlərdən kənd təsərrüfatı məhsullarının istehalında istifadə qadağandır. Çünki onlar insan orqanizmi üçün zərərverici komponentlər yaradır".

Onun sözlərinə görə, normalara uyğun istehsal edilməmiş məhsulların zərərini isə daha çox onların yerli alıcıları, yəni vətəndaşlarımız çəkir. Ümumiyyətlə isə, Azərbaycan məhsulları əksər ölkələrin standartlarına cavab vermədiyi üçün xarici bazara elə də çox çıxarılmır: "Meyvə-tərəvəzdə olan dərman və pestisidlərin səviyyəsi laboratoriya analizlərində özünü birüzə verir. Tanıdığım bir neçə sahibkar ərəb ölkələrinə məhsul göndərmək istəyib. Onlardan nümunələr istənilib və göndərilmiş məhsullar standartlara cavab vermədiyinə görə, ərəblər bizim məhsulları qəbul etməkdən imtina ediblər. Hazırda məhsullarımız əsasən Rusiya da daxil olmaqla MDB ölkələrinə ixrac edilir və ucuz satılır. Bu isə fermerlərin az gəlir əldə etməsi deməkdir. Üstəlik digər xarici ölkələr bizim bazarlarda mövqelərini gücləndirirlər".

Qida Təhlükəsizliyi Agentliyi nə deyir?

Qida Təhlükəsizliyi Agentliyindən isə "AVESTA.AZ"a bildirilib ki, bitkiçilik məhsullarının yetişdirildiyi istər qapalı (istixana), istərsə də açıq təsərrüfat sahələrində yalnız dövlət qeydiyyatına alınmış preparatlardan istifadə edilməsinə icazə verilir. Bununla bağlı, agentliyin müfəttişləri təsərrüfat sahələrində mütəmadi monitorinqlər aparır. Bu zaman təsərrüfatda istifadə edilən preparatların dövlət qeydiyyatında olub-olmadığı, onların istifadə reqlamentinə uyğun tətbiq olunması, hər tətbiq arası, eləcə də, preparatın son tətbiqi ilə məhsul yığımı arasındakı gözləmə müddəti ilə bağlı qeydiyyatlara, həmçinin etiketinə uyğun saxlanma şəraitinə və digər məsələlərə diqqət yetirilir. Qeyd olunanlarla bağlı hər hansı uyğunsuzluq aşkar edildiyi təqdirdə, həm preparat, həm də bitkiçilik məhsulundan müvafiq qaydada nümunələr götürülərək, keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin olunması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir. Sınaq nəticəsi uyğun olmayan, habelə digər uyğunsuzluqlar aşkar edilmiş istehsal müəssisələri barədə aidiyyəti qurumların iştirakı ilə yoxlamalar həyata keçirilir.

Hər preparatın istehsalçısı tərəfindən müəyyən edilən fərqli tətbiq normaları vardır. Bununla bağlı olaraq, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr qeydiyyata alınmazdan öncə dövlət sınağına göndərilir. Belə ki, sənəd və laborator ekspertizası uyğun olan preparatlar AQTA yanında fəaliyyət göstərən Ekspert Şurasının təyin etdiyi müvafiq elmi-tədqiqat müəssisələrinə göndərilir. Etiketində qeyd olunmuş bitki qrupları və istifadə normalarına uyğun olmaqla tarla və istehsalat sınaqları həyata keçirilmiş və hər hansı uyğunsuzluq açkar edilməmiş preparatlar barədə hesabatlar tərtib edilir. Agentliyə təqdim edilmiş hesabatlarda preparatların ölkə ərazisində tətbiq reqlamenti işlənib hazırlanır ki, agentlik həmin tətbiq reqlamentlərini nəzərə anmaqla, preparatları dövlət qeydiyyatına alır”.

Paylaş

Xəbər lenti

Husilər Ər-Riyadın maliyyə mərkəzini HƏDƏF ALDI: Ən hündür göydələnə ziyan dəydi Bu gün, 11:48 Son bir həftədə nar məhsulları ilə bağlı 21 pestisid bildirişi daxil olub Bu gün, 11:48 Jurnalist müsabiqəsində bəyənmə, şərh və paylaşım sayı da nəzərə alınacaq Bu gün, 11:48 Əri öləndən sonra ağır sarsıntı keçirən qadın da dünyasını dəyişib Bu gün, 11:48 Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı Bu gün, 11:48 Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu Bu gün, 11:48 Murat Bozun bu jesti gündəm oldu Bu gün, 11:48 "Trendyol"da "Əfsanə günlər " başlayır Bu gün, 11:48 AKİA sədri Yalçın Camalov: Aqrar kredit kooperativləri və onların ittifaqı yaradılacaq Bu gün, 11:48 Gəncədə palata yoldaşını öldürən şəxs məcburi psixiatrik müalicəyə göndərildi Bu gün, 11:48 Baku TV İlham Əliyevin Vyetnamın tarixi məkanlarını ziyarət etməsi ilə bağlı süjet hazırlayıb Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 98 dolları ötüb Bu gün, 10:48 Paytaxt rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı Bu gün, 10:48 Sabiq nazirə vəzifə verildi Bu gün, 10:48 20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günüdür Bu gün, 10:48 Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib Bu gün, 10:48 Litva XİN rəhbəri gələn həftə Azərbaycana səfər edəcək Bu gün, 10:48 Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb Bu gün, 10:48 Gənc oğlan 15 yaşlı qızı qaçırdı, polis hərəkətə keçdi Bu gün, 10:48 Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri təyin edildi Bu gün, 10:48 Məşhur istirahət mərkəzi əlindən alınan Tahir Qədəşov öldü Bu gün, 10:48 Sosial şəbəkə hesabları və veb-sayt göstəricilərinin süni artırıldığı aşkarlansa, media subyektinə yardım dayandırılacaq Bu gün, 10:48 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb Bu gün, 10:48 Bakıdan Balakənə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ! Bərpa olundu Bu gün, 10:48 Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib Bu gün, 09:48 Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib Bu gün, 09:48 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub Bu gün, 09:48 Misli Premyer Liqasında XII tura bu gün start veriləcək Bu gün, 09:48 Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın doğum günüdür Bu gün, 09:48 Təbrizdə azərbaycanlı hakim və ailə üzvlərinin qətl səbəbi məlum olub Bu gün, 00:48 Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım Bu gün, 00:48 Qarakənd faciəsindən 35 il ötür Bu gün, 00:48 Ağdamın işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 CEV Çelenc Kuboku: "Ordu" 1/32 final mərhələsinin cavab görüşündə qələbə qazanıb Dünən, 23:48 Minskdə Rusiya və Gürcüstan arasında diplomatik görüş keçirilib Dünən, 23:48 Ermənistan və Türkiyə yeni körpü tikməyi planlaşdırırlar Dünən, 23:48 Zelenski: Avropa ölkələri Rusiya ilə növbəti danışıqlarda iştirak edəcəklər Dünən, 23:48 XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk Dünən, 22:48 Paşinyan jurnalisti təhqir etdi, məhkəmə ilə hədələdi Dünən, 22:48 Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir Dünən, 22:48 Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı Dünən, 22:48 SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır Dünən, 22:48 Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib Dünən, 21:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:48 Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi Dünən, 21:48 Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı Dünən, 21:48 Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib Dünən, 21:48 "Eternity-2026" təlimi çərçivəsində Azərbaycanla Gürcüstanın nümayəndələri görüşüb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR