
İndoneziyanın Sumatra adasında vulkanın püskürməsi nəticəsində azı 11 nəfər həyatını itirib.
Bu barədə “AVESTA.AZ” “Reuters” agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, 3 nəfər sağ tapılsa da, 12 nəfərin axtarışları aparılır.
Dekabrın 3-də Sumatrada Marapi vulkanı püskürüb. İlkin məlumatlara görə, vulkanın külü 15 min metrdən çox hündürlüyə qalxıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.