
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib.
"Report"un yerli bürosu xəbər verir ki, dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Tapdıq Əliyev bu vəzifəyə 14 may 2019-cu ildə təyin olunmuşdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.