15-12-2023, 20:12 525

Sahibə Qafarova Mərakeşin Baş nazirini Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb

Ermənistan tərəfindən basdırılmış minalar görülən bərpa və yenidənqurma işlərinə ən böyük maneədir.

"AVESTA.AZ" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 15-də Mərakeş Krallığının Baş naziri Aziz Axanuş ilə görüşdə deyib.

Azərbaycanla Mərakeş arasında yaxşı ikitərəfli münasibətlərin mövcud olduğunu deyən Baş nazir, xüsusən ölkələrimiz üçün mühüm məsələlərdə qarşılıqlı dəstəyin mövcud olmasını təqdir edib. O, qeyd edib ki, hazırda Mərakeş və Azərbaycan arasında münasibətlərin daha da inkişafına dair müzakirələr aparılır və Mərakeş bu müzakirələri davam etdirmək əzmindədir. Baş nazir Milli Məclis sədrinin bu səfərinin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini qeyd edərək, bunun Azərbaycan və Mərakeş arasında münasibətlərin səviyyəsinin bir göstəricisi olduğunu bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova iki ölkə arasında münasibətlərin inkişafında mühüm sahələrdən biri kimi parlamentlərimizin rolunu qeyd edib. O, Mərakeş Krallığına bu ilk rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər barədə Baş nazirə məlumat verib. Görüşlərdə ölkələrimiz və parlamentlərimiz arasında mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlərin müzakirə olunduğu diqqətə çatdırılıb.

Söhbət zamanı bildirilib ki, ötən il Azərbaycan və Mərakeş arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olub. Bu dövr ərzində dövlətlərarası münasibətlər inkişaf edib, qarşılıqlı faydalı əməkdaşlıq genişlənib. Milli Məclisin sədri yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu qeyd edib.

Görüşdə həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan və Mərakeş beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq edir və həmrəylik nümayiş etdirirlər. Ölkələrimiz ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birini dəstəkləyir. O cümlədən, Mərakeşin Qoşulmama Hərəkatında və Hərəkatın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Parlament Şəbəkəsinin işində fəal iştirakı qeyd edilib.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişafının əhəmiyyəti ilə bağlı fikirlər səsləndirilib. Spiker Sahibə Qafarova qeyd edib ki, ölkələrimizin mövcud potensialından istifadə etmək, müxtəlif sahələrdə əməkdaşlığı şaxələndirmək və daha da artırmaq üçün imkanlar var. O, bu mənada Hökumətlərarası Birgə Komissiyanın əhəmiyyətli platforma olduğunu vurğulayaraq, Komissiyanın bu ilin noyabrında keçirilmiş 2-ci iclasında qəbul edilmiş qərarların icrasının gələcək fəaliyyətlər üçün mühüm əhəmiyyətini diqqətə çatdırıb. Söhbət zamanı qeyd edilib ki, ölkələrimiz arasında əlaqələrin daha da inkişafı baxımından müqavilə-hüquq bazasının yaradılmasında parlamentlər də mühüm rol oynayır.

Milli Məclisin sədri Baş nazirə, həmçinin Azərbaycanın 2020-ci ildə öz torpaqlarını işğaldan azad etməsi, postmünaqişə dövründə regionda mövcud olan vəziyyət, Azərbaycanın sülh təşəbbüsləri haqqında da məlumat verib. O, regionda yaranmış sülh perspektivləri barədə də fikirlərini bildirib.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işləri çərçivəsində ölkəmizlə Mərakeş arasında əməkdaşlığın mümkünlüyü də müzakirə olunub. Spiker Sahibə Qafarova deyib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi bu ərazilərdə həyatın yenidən bərpa olunmasıdır. Hazırda "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları əsasında bu ərazilər bərpa edilir, həmin ərazilər "Yaşıl zona" elan olunub. Milli Məclisin sədri Ermənistan tərəfindən basdırılmış minaların görülən bərpa və yenidənqurma işlərinə ən böyük maneə olduğunu söyləyib.

Mərakeş Krallığının Baş naziri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsini mühüm addım kimi qiymətləndirib.

Görüşdə, həmçinin Azərbaycanla Mərakeş arasında nəqliyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı yolları haqqında müzakirələr aparılıb, iqtisadi əlaqələrin intensivləşməsinin zəruriliyi qeyd olunub.

Paylaş

Xəbər lenti

Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb Bu gün, 00:48 Leylan Nəsirovaya yeni vəzifə verildi Bu gün, 00:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi Bu gün, 00:48 Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi Dünən, 23:48 Bakı-Tbilisi qatarının sərnişini: Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik Dünən, 23:48 Azərbaycanda iki rəis vəzifəsindən azad olundu Dünən, 23:48 İlham Əliyev: "Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm" Dünən, 23:48 Dövlət başçısı: "Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir" Dünən, 22:48 İran rəsmiləri Qətərə yollandılar: ABŞ ilə mümkün sülh müqaviləsi müzakirə olunacaq Dünən, 22:48 Qəzalı binaların təşviş içərisində yaşayan sakinləri - "Cənazəm niyə belə evdən çıxsın?!" Dünən, 22:48 WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir Dünən, 22:48 Mayda uşaqlar üçün gizli təhlükə - Valideynlərə XƏBƏRDARLIQ Dünən, 22:48 İqor Babuşkin Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 22:48 İran zənginləşdirilmiş uranı Çinə verə bilər Dünən, 22:48 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb Dünən, 22:48 Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib Dünən, 21:48 Bir zamanlar dəyəri yox idi, indi isə yüz milyonlarla dollar edir: Ən sirli pul kisələrindən biri yenidən aktiv oldu Dünən, 21:48 Gəncə Memorial Kompleksində işıqlandırma niyə işləmir? - Rəsmi AÇIQLAMA Dünən, 21:48 Keniya Prezidenti: Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram Dünən, 21:48 "Milan"dan sensasion qərar - Dörd ayrılıq birdən Dünən, 21:48 Prezident: "Biz nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik" Dünən, 21:48 Dövlət başçısı: "Subsidiya veririk və 10 il bu davam edir, belə olmaz" Dünən, 21:48 İlham Əliyev: "May ayında Bakıda belə yağışın yağmasını mən xatırlamıram" Dünən, 21:48 Naxçıvanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq Dünən, 20:48 Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq Dünən, 20:48 Tokayev: Azərbaycan dünya arenasında nüfuzunun artırılmasında böyük uğurlar qazanıb Dünən, 20:48 Qurbanlıq heyvan almaq çətinləşir? – QİYMƏTLƏR Dünən, 20:48 Maya Sandu Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb Dünən, 19:48 Lukaşenko: Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm Dünən, 19:48 Türkiyənin məşhur brend markası "ATASAY" Azərbaycanda! Dünən, 19:48 Azərbaycan Prezidenti Pakistandakı terror aktını pisləyib Dünən, 19:48 Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub Dünən, 19:48 Saqqız çeynəməyin beyinə təsiri hamını təəccübləndirdi Dünən, 19:48 İlham Əliyev Si Cinpinə başsağlığı verib Dünən, 19:48 Kamran Əsədovun məhkəməsi keçirilib Dünən, 18:48 Xaricdə Azərbaycana qarşı casusluq edən şəxsə AĞIR CƏZA Dünən, 18:48 Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq Dünən, 18:48 Azərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək Dünən, 18:48 Azərbaycan Prezidenti Pakistanın Baş nazirinə başsağlığı verib Dünən, 18:48 Gürcüstan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 18:48 Süper güclərin rəqabəti kəskinləşdi: süni intellekt investisiyalarında rekord artım Dünən, 17:48 Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib Dünən, 17:48 Kanadalılar ABŞ siyasətindən narahatdır Dünən, 17:48 Putin Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 17:48 Sabah Suraxanının bəzi küçələrində qaz olmayacaq Dünən, 17:48 Qatarla Tbilisiyə gedənlər sığortanı hansı vağzallardan ala bilərlər? Dünən, 17:48 Si Cinpin İlham Əliyevi təbrik etdi Dünən, 17:48 Toral Bayramov "Bursaspor"a keçdi - RƏSMİ Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR