
Hazırda Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.
Bu barədə “AVESTA.AZ”un yerli bürosuna rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, artıq 1 saatdan çoxdur ki, güclü külək əsməyə başlayıb. Qəfil başlayan külək səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.
Hazırda bölgədə küləkli hava şəraiti davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.