30-12-2023, 18:40 450

Azərbaycan-İran sərhədində avtomobil körpüsünün və modul tipli buraxılış məntəqəsinin açılışı olub

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası dövlət sərhədindən “Astara” (Azərbaycan Respublikası) – “Astara” (İran İslam Respublikası) dövlət sərhəd–keçid buraxılış məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu”na əsasən inşa olunan körpünün və modul tipli sərhəd buraxılış məntəqəsinin dekabrın 30-da açılış mərasimi keçirilib.

"AVESTA.AZ" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.

Qeyd edək ki, körpünün tikintisi 2022-ci ilin martın 1-də başlayıb. Yük nəqliyyat vasitələri üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr, eni 4 metr təşkil edir. Körpüdə dörd hərəkət zolağı mövcuddur. Körpü üzərində hər birinin eni 2,5 metr olan iki piyada yolu da inşa edilib.

Modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri cari ilin avqustun 28-də başlayıb və dekabrın 1-də yekunlaşdırılıb. Sahəsi 4500 kvadratmetr olan buraxılış məntəqəsində gömrük prosedurlarının səmərəli formada tətbiq olunması, sürətli keçidin təmin edilməsi məqsədilə müvafiq şərait yaradılıb.

Son texnoloji imkanlara malik yeni avadanlıqla təchiz olunan yeni məntəqədən idxal və ixrac istiqamətlərində sutkalıq 250-300 yük nəqliyyat vasitəsinin, ümumilikdə isə 500-600 yük nəqliyyat vasitəsinin qəbul edilməsi nəzərdə tutulub.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin mühüm komponentləri olan körpünün və buraxılış məntəqəsinin istifadəyə verilməsi dəhliz üzrə daşımaların həcminin artırılması baxımından böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, cari ildə dəhlizlə yük daşımaları 44,5 faiz artıb.

Eyni zamanda, cari ilin 11 ayında Azərbaycanla İran arasında ikitərəfli yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz, o cümlədən tranzit daşımaları 2,1 dəfə çox olub. Yeni körpünün və buraxılış məntəqəsinin açılışı iki ölkə arasında yük daşımalarının həcminin daha da artırılmasına töhfə verəcək.

Dövlət sərhədində yol və gömrük-sərhəd infrastrukturunun yaradılması eyni zamanda nəqliyyat vasitələrinin Astara şəhərinə daxil olmadan yollarına davam etmələrinə şərait yaradacaq ki, bu da öz növbəsində şəhərdaxili nəqliyyat axınının səmərəliliyinin artırılmasına müsbət təsir edəcək.

Eyni zamanda, dövlət sərhədindən buraxılış məntəqəsinin ikinci fazada genişləndirilməsi məqsədilə müvafiq işlərə başlanılıb. Gənişləndirilmə işlərindən sonra dövlət sərhədindən buraxılış məntəqəsi 7 gediş və 7 gəliş xətləri üzrə gündəlik olaraq 500 giriş və 500 çıxış olmaqla, ən azı 1000 yük nəqliyyat vasitəsini qəbul edə biləcək.

Paylaş

Xəbər lenti

Bakının çox sayda küçəsində qaz olmayacaq - ÜNVANLAR Bu gün, 09:48 Coratda qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər Bu gün, 09:48 Türkiyədə tanınmış futbol hakimi Yasin Kol saxlanıldı Bu gün, 09:48 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Bu gün, 09:48 Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək Bu gün, 09:48 Hikmət Hacıyev: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır Bu gün, 09:48 Hikmət Hacıyev: Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamağa çağırır Bu gün, 09:48 Beyləqanda ağır qəza, ölən var Bu gün, 09:48 Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır Bu gün, 09:48 Bakının iki rayonunda işıq kəsiləcək Bu gün, 08:48 UEFA Millətlər Liqası: Ronaldosuz Portuqaliya yenə qələbə qazandı Bu gün, 08:48 TIR sürücüsü beton piltəni magistral yolda sürüdü Bu gün, 08:48 Mahir Emreli: Bu oyun bizim ayıbımız olaraq yadda qalacaq Bu gün, 08:48 Azərbaycan ordusunda yeni mərhələ: Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir? Bu gün, 08:48 Putin: Azərbaycan Şimal-Cənub dəhlizinin reallaşdırılmasını dəstəkləyir Bu gün, 08:48 Mağazalarda toyuq əti də BAHALAŞDI Bu gün, 08:48 Boşanmaq istəyən qadının dəhşətli sonu: Azyaşlı uşaq anası evində qətlə yetirildi Bu gün, 00:48 Azərbaycanda quzu əti bahalaşdı Dünən, 23:48 Ermənistan ordusunun hərbi qulluqçusu öldü Dünən, 23:48 Venesuelada ABŞ-nin hərbi bazası yaradıla bilər Dünən, 23:48 ABŞ üç ölkə ilə müdafiə əməkdaşlığının gücləndirilməsini müzakirə edəcək Dünən, 23:48 Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır Dünən, 23:48 "Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb Dünən, 23:48 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı Dünən, 22:48 UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib Dünən, 22:48 Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir Dünən, 22:48 Putin: Rusiya birbaşa hücuma bütün mümkün vasitələrlə cavab verəcək Dünən, 22:48 Gəncədə avtomobil aşıb, xəsarət alanlar var Dünən, 22:48 Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb Dünən, 22:48 "Bloomberg": Rusiya və Ukrayna Qara dənizdə atəşkəslə bağlı yeni danışıqlar aparacaq Dünən, 21:48 Sürücülərin nəzərinə: Bu yol bağlanır Dünən, 21:48 Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşada olublar Dünən, 21:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 176 mindən çox mənzil... Dünən, 21:48 "Haber Global": "Birliyin Gücü - 2026" birgə hərbi təlimi uğurla başa çatdı" Dünən, 21:48 Bakının ən bahalı ünvanları: Şok qiymətlər Dünən, 20:48 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır Dünən, 20:48 İran neft bazarında şok: Tankerlər boş qaldı Dünən, 20:48 Onlayn kreditlərlə bağlı vacib addım - Yeni qərar nələri dəyişəcək? Dünən, 20:48 Yeni binalar istilik sisteminə necə qoşula bilər? - RƏSMİ Dünən, 20:48 Azərbaycanın U-17 qızları yenə böyükhesablı məğlubiyyətlə üzləşib Dünən, 20:48 Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub Dünən, 19:48 Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb Dünən, 19:48 Bakıdan Şamaxıya işləməyə gedən müəllimə: "İlk dəfə gələndə ağladım" Dünən, 19:48 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı Dünən, 19:48 Daha bir rayonda yollar əsaslı TƏMİR OLUNACAQ Dünən, 19:48 SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 18:48 Cənubi Qafqazda yollar uğrunda mübarizə: Rusiyanın planı nədir? Dünən, 18:48 Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR