1-01-2024, 16:30 412

“Bu qərar hansısa “respublika”nın süqutu yox, sadəcə Ermənistanın üç il ərzində ikinci kapitulyasiya aktıdır” - RƏY

Bu qərar hansısa “respublika”nın süqutu yox, sadəcə Ermənistanın və havadarlarının üç il ərzində ikinci kapitulyasiya aktıdır.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ötən il sentyabrın 28-də separatçı-xunta rejimin "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatların ləğv edilməsi və "Dağlıq Qarabağ Respublikası”nın öz fəaliyyətini dayandırması barədə qərar vermişdi. Əlbəttə, beynəlxalq hüququn aliliyini tanıyan heç bir dövlət üçün "Dağlıq Qarabağ" adlı tanınan subyekt olmayıb, bu mənada, xüsusən Azərbaycan üçün Şahramanyanın qərarı hansısa “respublika”nın süqutu yox, sadəcə Ermənistanın və havadarlarının üç il ərzində ikinci kapitulyasiya aktıdır”.

“Aydındır ki, Şahramanyanın xuntanın ləğv edilməsi barədə "fərman"ı təhlillərə əsaslanan müdrik qərar yox, Azərbaycanın 23 saatlıq antiterror tədbirlərində hərbi qələbəsinin nəticəsi olan təslimçilik sənədidir. İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də ifadə etdiyi kimi, “Azərbaycan öz dövlət suverenliyini tam bərpa edib, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilib, düşmən ordusu və hərbi texnikası məhv edilib və ya qənimət kimi götürülüb”. Nəticədə nə separatçıların, nə də onların protektorlarının terrorçu rejimi “buraxmaqdan” başqa əlacı qalmadı. Bu gün isə artıq bir reallıq var, Müzəffər Ali Baş Komandanın təbirincə desək, “Separatçı rejim çöküb, bizim qarşımızda diz çöküb, ağ bayraq qaldırıb, təslim olub, torpaqlarımızdan əbədi olaraq çıxarılıb və tarixin zibilxanasına atılıb”,- deputat qeyd edib.

Milli Məclisin üzvü xatırladıb ki, özünü beynəlxalq ictimaiyyət elan edən bir sıra pozucu dairələr, xüsusilə Qərb ölkələri separatizmin açıq müdafiəsinə qalxaraq beynəlxalq hüququ heçə sayıb Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdü: “Lakin dövlət başçımızın da ifadə etdiyi kimi, “Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Bu torpağın sahibi bizik, beynəlxalq hüquq çərçivəsində nə lazım biliriksə, onu da edəcəyik”. Hazırda isə tamamilə yeni reallıq hökm sürür. Lakin sülh ümidlərinin artdığı bir məqamda, təəssüf ki, hələ də son günlər separatçı ünsürlərin Ermənistanda müəyyən hərəkətlənməsinə şahid oluruq. Xüsusən separatizmin əsas cinayətkar simalarından olan, Köçəryan və Sarkisyan kimi terrorçuların təhriki ilə guya separatizmin yenidən dirçəldilməsi təşəbbüsləri meydana çıxır. Amma heç kim unutmamalıdır ki, Azərbaycan separatizmi və Ermənistanı onların ən güclü və ən çox dəstək aldığı bir dövrdə diz çökdürüb. Azərbaycan Ordusunun bütün regionda əməliyyat şəraitinə nəzarət etdiyi, hərbi və siyasi cəhətdən, o cümlədən iqtisadi inkişaf tempi və resurslar baxımından Azərbaycanla Ermənistan arasında uçurumun hər ötən gün daha da dərinləşdiyi bir zamanda, əlbəttə, bu kimi təcavüzkar xülyalar boş eyforiyadır”.

B.Məhərrəmovun fikrincə, erməni xalqı, nəhayət, başa düşməlidir ki, separatizm ideyaları ilə terrorçu Köçəryan-Serjik cütlüyü Azərbaycan qarşısında aciz qalmağa məhkumdur və üstəlik, Ermənistanı məhvə sürükləyir: “Eyni zamanda o da təəssüf doğurur ki, mövcud erməni iqtidarı da bir sıra hallarda populizm xətrinə bu təhlükəli ritorikaya müraciət edir. Lakin Paşinyan hakimiyyəti regional proseslərin cari gedişatı, cəmiyyətdə anti-Azərbaycan ritorikası və “Dağlıq Qarabağ” eyforiyaları ilə bağlı xüsusi diqqətli olmalı, Prezident İlham Əliyevin də dünən xəbərdarlıq etdiyi kimi, “Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin”.

Paylaş

Xəbər lenti

Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR