4-01-2024, 16:59 483

Daşınmaz əmlak böhranı fonunda Çin kredit riskini cilovlamaq qərarına gəlib

Çinin bəzi böyük bankları bu ölkədə daşınmaz əmlak böhranı fonunda kredit riskini cilovlamaq məqsədilə kiçik kreditorlar üçün aktivlərin keyfiyyətinə nəzarəti və banklararası kredit standartlarını sərtləşdirib.

“Report”un xəbərinə görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ölkənin azı iki ən böyük bankı son bir neçə ay ərzində kiçik kreditorların aktivlərinin keyfiyyətini və yüksək defolt riskini müəyyən etmək üçün yoxlamalar aparır. Mənbə qeyd edib ki, banklardan biri aktivləri 40 milyard ABŞ dollarından az olan kiçik kredit təşkilatlarının buraxdığı istiqrazların alışını tamamilə dayandırıb.

Bundan başqa, Çinin iki dövlət bankı banklararası kredit limitlərini aşağı salmaq və yüksək riskli hesab edilən kiçik banklar üçün belə əməliyyatlar üçün daha qısa müddətlər təyin etmək qərarına gəlib. Söhbət Çinin şimal-şərqindəki Henan və Ney-Menqu vilayətlərində fəaliyyət göstərən banklardan gedir. Qeyd edək ki, Çinin orta və kiçik bankları banklararası kredit bazarında ticarət həcminin təxminən yarısını təşkil edir.

Bu addımlar daha da pisləşən daşınmaz əmlak böhranı səbəbindən Çinin kiçik banklarının sağlamlığı ilə bağlı artan narahatlıqlar fonunda atılıb. Amma bu ehtiyatlı yanaşma kiçik bankların vəziyyətini daha da pisləşdirə bilər, çünki onların kredit vermək imkanları daha azdır: iri banklar kredit vermək üçün maliyyə mənbəyi kimi müştərilərin depozitlərindən istifadə edirlər, kiçik oyunçular isə bu vəsaitləri cəlb etmək üçün rəqiblərdən borc alırlar.

Bu arada, Çin iqtisadi artımın yavaşlaması və bunun ölkənin maliyyə sisteminə təsiri ilə mübarizə apararkən, yerli hakimiyyət orqanları bank sistemini dəstəkləmək üçün tədbirlər görüb. Söhbət ilk növbədə ölkədə maliyyə sabitliyini qorumaq üçün kiçik banklardan gedir. Dəstək tədbirləri çərçivəsində yerli hakimiyyət orqanları rekord həcmdə xüsusi istiqrazlar satıblar. Onlardan cəlb olunmuş vəsaitlər problemli kiçik regional bankların kapitalına yönəldilib.

“Reuters”ə danışan mənbənin sözlərinə görə, təxminən 4 000 kiçik bank özülüyündə sistem riski kimi nəzərdən keçirilmir: “Narahatlıq ondan ibarətdir ki, onların çoxu əsasən pul bazarında qısamüddətli borclanma hesabına özlərini maliyyələşdiriblər. Odur ki, əgər onların bəziləri müflis olarsa, bu bank sektoru üçün kollektiv təhdid yaradacaq”.

Paylaş

Xəbər lenti

Ben Afflek Şakira ilə münasibət iddialarını təkzib edib Bu gün, 15:48 Hansı rayonda yollar daha pisdir? - Ekspertdən TƏHLİL Bu gün, 15:48 FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirib Bu gün, 15:48 "Yeşilçam"ın məşhur aktyoru 90 yaşında vəfat etdi Bu gün, 15:48 Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Səudiyyədən neftlə bağlı ciddi xəbərdarlıq: Ehtiyatlar kritik həddə çatıb Bu gün, 15:48 Rüfət Axundov anasının "Müəllimlər Günü"nü təbrik etdi Bu gün, 15:48 Tennis məşqçilərinin akkreditasiya proqramının ikinci moduluna start verilib Bu gün, 15:48 Emin Hüseynov: "Ağdam, Əsgəran və Xocalıda 24 min hektar əkinəyararlı torpaq sahibkarları gözləyir" Bu gün, 14:48 Pulsuz hüquqi yardımla bağlı ödənişin meyarı müəyyənləşir Bu gün, 14:48 Emin və Roza duetinə Moskvada KLİP Bu gün, 14:48 Bakıda keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatına hazırlıq işləri yüksək səviyyədə davam edir Bu gün, 14:48 Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər Bu gün, 14:48 Məcnun Məmmədov: "Cəbrayılda ilk istixana sənaye zonası qurulur" Bu gün, 14:48 Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var Bu gün, 14:48 Azercell yeni "Oyun Portalı"nı istifadəyə verir Bu gün, 13:48 İlham Əliyev Malayziyaya səfərə dəvət olunub Bu gün, 13:48 Sabah güclü yağış yağacaq Bu gün, 13:48 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı Bu gün, 13:48 Rusiyada laboratoriya əməkdaşının ölümü narahatlıq yaradıb Bu gün, 13:48 Bakıda dövlət qurumunun binası yenidən qurulacaq - 8,9 milyon manat ayrılıb Bu gün, 13:48 Ürəyi qoruyan təbii "möcüzə": Alimlər narda gizli maddə aşkarladı Bu gün, 13:48 Əməkdar artist illər sonra səhnəyə "Leyli" kimi qayıdır Bu gün, 13:48 Çində 2025-ci ildə 670-dən çox bank fəaliyyətini dayandırıb Bu gün, 13:48 Ramil Usubovun kürəkəni vəfat edib Bu gün, 13:48 Daha bir cüdoçumuz dünya çempionatına qələbə ilə başladı Bu gün, 12:48 Məşhur azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar Bu gün, 12:48 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir Bu gün, 12:48 "Kapital Bank" nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib Bu gün, 12:48 İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib Bu gün, 12:48 Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək! Bu gün, 12:48 Sürücülərin nəzərinə - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu gün, 12:48 Azərbaycanda bir kəndi su basıb Bu gün, 12:48 Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir" Bu gün, 12:48 Kvaratsxeliya "Qızıl top"dan kənarda qala bilər Bu gün, 12:48 33 ildən sonra Kəlbəcərdə yenidən müəllimliyə başlayan Yaqut Əkbərova: Mənim üçün böyük məsuliyyətdir Bu gün, 12:48 Məhkəmə hökmünü icra etməyən hüquqi şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək Bu gün, 12:48 İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 12:48 Dubayda əmlak sahibi olmaq istəyənlər üçün "Propify Real estate" Bakıda xüsusi təqdimat tədbiri keçirəcək Bu gün, 11:48 Emin Əmrullayev: Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir Bu gün, 11:48 Velosiped və skuterlərlə bağlı YENİ TƏKLİF: Tələbələrə güzəşt edilə bilər Bu gün, 11:48 İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 11:48 Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır Bu gün, 11:48 "Gəncə" rusiyalı voleybolçu Anastasiya Abramovanı heyətinə qatıb Bu gün, 11:48 Kredit faizləri aşağı salınacaq? - Banklar üçün yeni çıxış yolu Bu gün, 11:48 Səfərbərlik xidmətində korrupsiya görə 2 əməkdaş ehtiyata buraxılıb, 144 nəfərin işi prokurorluğa göndərilib Bu gün, 11:48 ABŞ-də itkin düşən tibbi təyyarənin qalıqları tapılıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR