
Bakının Qaradağ rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"AVESTA.AZ" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Süleymanov Elmar Süleyman oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.