
"Barselona" klubunun futbolçusu Rafinya "Real"a qarşı İspaniya Superkubokunun final oyununu buraxacaq.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, buna cinah yarımmüdafiəçisinin bud nahiyəsindən zədə alması səbəb olub.
Qeyd edək ki, yanvarın 14-də Səudiyyə Ərəbistanında gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Rafinya cari mövsüm Kataloniya təmsilçisinin heyətində 18 oyuna çıxıb, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.