30-08-2022, 14:00 574

“İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfrans keçirilib

Bu gün Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Günü ilə əlaqədar “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfrans keçirilib.

“AVESTA.AZ”un xəbərinə görə, toplantıda Prezident Adminstrasiyasının və aidiyyəti dövlət qurumlarının əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, dini konfessiyalar, qeyri-hökumət təşkilatları və diaspora nümayəndələri, jurnalistlər və itkin düşmüş şəxslərin ailələri iştirak edib.

Konfransın moderatoru Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib ki, 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş qərara əsasən, 30 avqust hər il dünyada itkin düşmüş şəxslər günü kimi qeyd edilir.

Onun sözlərinə görə, bu günün qeyd edilməsinin əsas məqsədi silahlı münaqişələr, təbii fəlakətlər, zorakılıq halları və miqrasiyalarla bağlı itkin düşmüş insanların xatirəsinin yad edilməsi, zorakı itkindüşmə hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsindən ibarətdir: "Tarix boyu, xüsusən də son yüz ildə baş vermiş, hazırda da davam edən silahlı münaqişələr nəticəsində dünyanın bir sıra qaynar bölgəsində milyonlarla insan həyatını itirmiş, itkin düşmüş, əzab və işgəncələrə məruz qalıblar. Təəssüflə qeyd etmək lazımdır ki, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində respublikamız da geniş miqyaslı humanitar fəlakətlə üzləşib. Xüsusən də intensiv hərbi əməliiyatların başladığı 1991-ci ilin sonundan etibarən mülki əhali öz ata-baba yurdlarından qovulub, girov götürülüb, əzab-əziyyətlərə məruz qalmış və itkin düşüblər. Dövlət Komissiyası yaradıldığı 1993-cü ildən etibarən Azərbaycan Respublikasının qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələbləri ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq şəraitində işləyib. Diqqətinizə çatdırmaq istəyirəm ki, iştirakçısı olduğunuz bugünkü konfrans da BQXK ilə birlikdə hazırlanmışdır. Mən təşkilati işlərdə əməkdaşlığa və göstərdiyi dəstəyə görə BQXK-nın Azərbaycandakı Nümayəndəliyinə minnətdarlığımı ifadə edirəm”.

Sonra çıxış edən Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl söyləyib ki, Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb: “Bildiyimiz kimi, Edilli və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb. Artıq münaqişə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxışında Azərbaycanda İtkinlər Gününün təsis olunmasını təklif edib: “Son 30 ildə azərbaycanlı itkinlərlə bağlı beynəlxalq konfranslar təşkil olunmayıb. Torpaqlarını azad etmiş Azərbaycana beynəlxalq donor təşkilatları yardım göstərmir. Cinayətkarların təqibindən isə söz getmir. Müharibə üzrə xüsusi prokurorluqların və məhkəmələrin təsis edilməsi vacibdir. Ancaq Qərb dövlətlərinin Minsk qrupunu dirçəltmək cəhdi fərqli tendensiyadan xəbər verir. Mülki və hərbi cinayətkarlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən sonra aramızda sərbəst gəzə bilməməlidir”.

BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin başçısı Draqana Koiç isə bildirib ki, 3800-ü Azərbaycan vətəndaşı olmaqla, hazırda dünyada 250 min itkin düşmüş şəxs var: “BQXK üzərində düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Biz itkin ailələri ilə həmrəyik. Azərbaycanın aidiyyatı qurumlarına da götürdüyü öhdəliklərə və gördükləri işə görə təşəkkür edirəm. Mən keçən həftə bu vəzifəyə təyin olunmuşam. Biz birlikdə daha çox iş görə bilərik”.

İsmayıl Axundov nəzərə çatdırıb ki, Beynəlxalq Qızıl Xaç Komitəsi və İsveçrənin təşəbbüsü ilə 2021-ci ilin may ayında “İtkin düşmüş şəxslər üçün Qlobal Alyans” yaradılıb və cari ilin yanvar ayında respublikamız bu təşəbbüsə qoşulub: "Aprelin 7-də Qlobal Alyansın ilk iclası keçirilib. Alyansa indiyədək qoşulmuş 10 dövlətin nümayəndələrinin iştirak etdiyi iclasda son illərdə dünyada baş vermiş silahlı münaqişələr və digər fəlakətlər nəticəsində itkindüşmə hallarının çoxaldığı və qlobal problemə çevrildiyi, bu sahədə beynəlxalq təcrübə mübadiləsinin aparılmasının, qlobal və regional miqyaslı tədbirlərin keçirilməsinin zəruriliyi vurğulanıb”.

İ.Axundov nəzərə çatdırıb ki, ötən il Dövlət Komissiyasının müraciəti əsasında Baş nazirin tapşırığı ilə “Meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət” yaradılıb: “Bu günkü konfransda həmin heyətin üzvləri məhkəmə-tibbi ekspertiza və eyniləşdirilmə prosesi ilə məşğul olan aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak edir. Onlar bu sahədə vəziyyət və itkin düşmüş şəxslərlə bağlı aparılan işlər barədə iştirakçılara məlumat verəcək”.

Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov azad edilmiş ərazilərdə tikinti-bərpa işləri zamanı aşkarlanan insan qalıqlarının Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən götürüldüyünü söyləyib: “Bu zaman insan sümükləri qarışıq formada götürülmüşdü, bu da bir sıra çətinlkilər yaratdı. Ona görə də Baş nazirin tapşırığı ilə “Meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət” yaradıldı”.

Ə.Həsənov bildirib ki, Birinci Qarabağ Müharibəsində Bakı, Gəncə, Sumqayıt şəhərlərində və 9 rayonunda dəfn edilmiş naməlum şəhid meyitləri də müayinə edilib, həmişəki yerlərdə basdırılıb: “Müayinələr zamanı ölümün səbəbi və mexanizmi araşdırılır. Bizə təqdim edilmiş sümük qalıqlarının məhkəmə-tibbi ekspertizası başa çatıb”.

Daxili İşlər Nazirliyinin Kriminalistik tədqiqatlar İdarəsinin rəisi Elnur Nəsibov qeyd edib ki, 543 şəhidimizin və insan qalıqlarının şəxsiyyətinin müəyyən edilməsi 543 genetik ekspertiza tədbiri vasitəsi ilə həyata keçirilib: “Birinci Qarabağ müharibəsi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən iktin düşmüş şəxslərin yaxınlarından bioloji nümunələr götürülüb. BQXK tərəfindən götürülmüş bioloji nüumnələrin 2013-cü ildən götürülməsinə baxmayaraq, bu gün də DNT analizi üçün həddindən artıq effektivdir. Eyni zamanda münaqişə olan ərazilərdə aşkar edilmiş Birinci Qarabağ müharibəsi zaman basdırılmış insan qalıqlarından əldə olunmuq nümunələr Daxili İşlər Nazirliyinin DNT Ekspertizası Laboratoriyasına təqdim olunur”.

Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Ağayev qeyd edib ki, azad edimliş ərazilərdə aparılan aparılan tikinti-bərpa işləri zamanı 18 müxəlif yerdə ən azı 29 şəxsə aid meyit qalıqları aşkar edilib.

Daha sonra I Qarabağ və Vətən müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərinə Fəridə Cabbarova və Bayram Salamova söz verilib.

İsmayıl Axundov bu yaxınlarda itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı abidənin yaradılmasına dair bir qrup itkin ailəsinin ölkə rəhbərliyinə müraciətinə də toxunub: “Bu məsələ Dövlət Komissiyasının 17 iyun 2022-ci il tarixdə keçirilmiş iclasında ətraflı müzakirə edilib. İclasda qərar qəbul edilib ki, I Qarabağ və Vətən müharibələrində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi, o cümlədən ekshumasiya proseslərində müəyyən edilmiş meyit qalıqlarının eyniləşdirilmədən sonra dəfn edilməsi üçün Bakı şəhərində və ya işğaldan azad olunmuş rayon mərkəzlərində memorial komplekslərin yaradılması məsələsinə baxılması üçün təkliflər hazırlansın”.

O, tədbirdə Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbər şəxslərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsindən istifadə edərək, bir daha I Qarabağ və Vətən müharibəsində hər iki tərəfdən itkin düşmüş şəxslərlə bağlı Ermənistanı Azərbaycanla əməkdaşlığa dəvət edib: “İtkin düşmüş şəxslərin sonrakı taleyinə yalnız konstruktiv əməkdaşlıq nəticəsində aydınlıq gətirmək mümkündür”.

Toplantıda Qlobal Alyansın tədbirə ünvanladığı videomüraciət dinlənilib.

Həmçinin BQXK tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Paylaş

Xəbər lenti

İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48 Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi Bu gün, 00:48 "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi Bu gün, 00:48 Bərdənin raket atəşinə tutulmasından 6 il ötür Bu gün, 00:48 Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol Bu gün, 00:48 Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48 "Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb Dünən, 23:48 SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb Dünən, 23:48 Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!" Dünən, 23:48 Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu Dünən, 23:48 "Neftçi" "Kəpəz"ə qalib gəlib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR