
Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi Rusiyanın Leninqrad vilayətində xüsusi əməliyyat keçirib.
“AVESTA.AZ” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə idarədən bildirilib.
Qeyd olunub ki, əməliyyat çərçivəsində vilayətdəki neft bazasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirilib.
Bildirilib ki, hədəfə konkret zərbələr endirilib. Hücumun nəticələri dəqiqləşdirilir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Moskva və Leninqrad vilayətləri üzərində PUA-ların vurulması barədə məlumat yaymışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.