
Fransanın “Safran Group” şirkəti Ermənistanla birgə silah və komponentlərin istehsalına başlamağı planlaşdırır.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə bir sıra KİV-lər məlumat yayıb.
Bu şirkət aviasiya üçün komponentlər istehsal edir. O, 2005-ci ildə təyyarə, raket mühərrikləri və aerokosmik komponentlər istehsalçısı “Snecma” və elektronika istehsalçısı SAGEM-in birləşməsi nəticəsində yaranıb.
“Safran Group” həmçinin müasir multispektral durbin, lazer məsafəölçənləri və “Patroller MALE” pilotsuz uçuş aparatları istehsal edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.