
İsrailin kəşfiyyat xidməti “Mossad” Qətərin vasitəçiliyi ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı Fələstinin radikal HƏMAS hərəkatından cavab alıb və onu gözdən keçirir.
“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Xatırladaq ki, fevralın 6-da Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Qəzza zolağında hərbi əməliyyatların dayandırılması müqabilində İsrail girovlarının azad edilməsinə dair çərçivə razılaşması ilə bağlı HƏMAS-dan cavab aldığını bildirib. O, HƏMAS-ın saziş layihəsinə reaksiyasını müsbət adlandırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.