
Xızının Altıağac qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“AVESTA.AZ”un yerli bürosunun xəbərinə görə, 1988-ci il təvəllüdlü Amid Sultanağa oğlu Nağıyevin idarə etdiyi “KamAZ” markalı yük maşını hərəkətdə olarkan idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.