9-02-2024, 12:39 395

Elçin Əmirbəyov:

Azərbaycan tərəfindən təhlükə mifini şişirdən Ermənistan bizim ərazi bütövlüyümüzə “de-fakto” qəsd etməkdə davam edir.

"AVESTA.AZ" AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

RFE/RL-in müxbiri Coşua Kuçeranın Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə həsr olunmuş məqaləsində qeyd olunur ki, müxtəlif vasitəçilərə münasibətdə yaranmış etimadsızlıq səbəbindən Bakı və İrəvan son zamanlar artıq öz konkret bəhrəsini verən ikitərəfli birbaşa təmaslar formatına üstünlük verirlər. Xüsusən, ötən ilin dekabrında hər iki tərəfdən saxlanılmış şəxslərin azad olunması üzrə tərəflərin əldə etdikləri razılaşmalara və Bakıda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq iqlim konfransı kontekstində qarşılıqlı diplomatik dəstəyə istinad edilir.

“Ermənistan və Azərbaycan artıq yetərincə yetkin dövlətlərdir, öz aralarında qalmış problemləri özləri həll etmək iqtidarındadır və bu istiqamətdə işlər tam sürətlə davam edir”, -deyə Elçin Əmirbəyov iri aktorların kənardan qərəzli müdaxiləsinin sülh sazişini iki əks blokun geosiyasi rəqabəti teatrında risk altında olduğu barədə hazırda gündəmdə olan fikirlərin fonunda vurğulayıb.

Prezidentin köməkçisi bu kontekstdə Avropa diplomatiyasının başçısı Cozep Borrelin Azərbaycanın Ermənistana qarşı ərazi iddialarını ehtiva edən və Bakını İrəvanla substantiv danışıqlara çağıran bu yaxınlardakı bəyanatını “tamamilə cəfəng” adlandırıb.

Elçin Əmirbəyov qeyd edib: “Ermənistana guya ərazi iddialarımızla bağlı Azərbaycana qarşı irəli sürülən ittihamlar ağrımayan başa dəsmal bağlamaq kimi uğursuz və faydasız cəhddən başqa bir şey deyil. Ermənistanın indiki Konstitusiyasına və onun qondarma “Ermənistan SSR-nin Dağlıq Qarabağla yenidən birləşdirilməsi” haqqında özbaşına və tamamilə qeyri-qanuni qərarı təsbit edən bu ölkənin müstəqillik bəyannaməsinə dair istinadlara baxmaq kifayətdir”.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi sonda deyib: “Bu cür konkret faktlar çoxdur, ən azı Ermənistanın MDB-yə üzvlüyünün ratifikasiyası prosesində bu ölkənin parlamentinin qəbul etdiyi qərarları, Qarabağın Azərbaycana məxsus olmasını şübhə altına alan və ya 44 günlük müharibə bitdikdən sonra Ermənistanın Azərbaycana qarşı başlatdığı çoxsaylı məhkəmə iddialarını, ölkəmizə qarşı açıq ərazi iddiaları olan sənədləri göstərmək olar. Hələ mən Azərbaycanın Qarabağ bölgəsini tarixi Ermənistanın tərkib hissəsi kimi təqdim etməkdə davam edən Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından danışmıram.

Biz yuxarıda qeyd etdiyimiz bütün narahatlıqlarımızı erməni tərəfinin diqqətinə dəfələrlə çatdırmışıq, lakin təəssüf ki, hələ də onların aradan qaldırılması üçün qarşı tərəfdən konkret addımlar atılmayıb. Ölkəmizə qarşı ərazi iddialarının qalması ilə paralel olaraq, Azərbaycandan gələn təhlükə barədə cəfəng şayiələrin qəsdən yayılması təkcə hiyləgərlik deyil, həm də sonu görünməyən bir yoldur”.

Paylaş

Xəbər lenti

Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər Bu gün, 22:48 "Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? Bu gün, 22:48 Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb Bu gün, 22:48 Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir" Bu gün, 21:48 Ağdamda gənc FACİƏLİ şəkildə öldü Bu gün, 21:48 Göyçayda bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb Bu gün, 21:48 Cənubi Qafqazda sülh və Avropanın "qətnamə diplomatiyası": Reallıq, yoxsa siyasi təzyiq? Bu gün, 21:48 Pezeşkian: İran ordusu ölkəni müdafiə etməyə hazırdır Bu gün, 20:48 İranda 50 gündür internet yoxdur Bu gün, 20:48 Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib Bu gün, 20:48 Türkiyənin ordu generalı Liviyada hərbi təlimə qatılıb Bu gün, 20:48 Bu gün paytaxtın 556  küçəsi yuyuldu Bu gün, 20:48 "Al Hadath": İran-ABŞ danışıqları aprelin 26-da İslamabadda baş tuta bilər Bu gün, 19:48 Dəridə ciddi qəbul etmədiyimiz əlamətlər hansı xəstəliyin göstəricisidir? - VİDEO Bu gün, 19:48 TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək Bu gün, 19:48 Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb Bu gün, 19:48 Premyer Liqa: "Karvan-Yevlax" ardıcıl ikinci qələbəsini qazanıb Bu gün, 18:48 Ceyhun Bayramov: Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır Bu gün, 18:48 Xəzər rayonunda 5 ev, 2 sexdən 20 min manatlıq oğurluq olub Bu gün, 18:48 Bakının 556 küçəsi yuyuldu Bu gün, 18:48 Hövsan avtobuslarından ŞİKAYƏT: "Dayanacaqda dayanmırlar" Bu gün, 18:48 Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub Bu gün, 18:48 Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? Bu gün, 18:48 "Xilasedici" Azərbaycan çempionu olub Bu gün, 18:48 Avtomobildən oğurluq edən şəxs saxlanılıb Bu gün, 18:48 Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib Bu gün, 17:48 Şimali Makedoniya Prezidenti: Azərbaycanla müxtəlif sahələrdə hədəflərimiz var Bu gün, 17:48 Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar Bu gün, 17:48 Keçmiş mətbuat katibi VƏFAT ETDİ Bu gün, 17:48 Hörmüz boğazında daha bir gəmi VURULDU Bu gün, 17:48 Gözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku Bu gün, 17:48 Xırdalanda QƏTL: Şübhəli saxlanıldı Bu gün, 17:48 Zelim Tçkayev: "Dünya çempionatında növbəti hədəfim qızıl medal olacaq" Bu gün, 17:48 Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib Bu gün, 16:48 Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib Bu gün, 16:48 Müctəba Xamenei: Ordumuz İran ərazisini qoruyur Bu gün, 16:48 Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib Bu gün, 16:48 "Real Madrid" Mbappe və Vinisiusu transferə çıxaracaq? Bu gün, 16:48 Elçin Əmirbəyov: Azərbaycanın regional siyasəti qarşılıqlı fayda prinsipinə əsaslanır Bu gün, 16:48 İbrahim Tatlısesin gəlini və nəvəsi pilləkandan yıxıldı Bu gün, 16:48 Sumqayıtda qanunsuz tikili sökülür Bu gün, 15:48 İran Azərbaycana təşəkkür edib Bu gün, 15:48 İş xanımı bunun üçün Özcan Denizə 5 milyon ödədi Bu gün, 15:48 48 gün sonra İrana ilk təyyarə yola düşdü Bu gün, 15:48 Antalya zirvəsi: İlham Əliyev qlobal siyasi masanın əsas söz sahibinə çevrilib - RƏY Bu gün, 15:48 Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi Bu gün, 15:48 Narkotik satan 5 nəfər TUTULDU Bu gün, 14:48 Bakı və İslamabad əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyiblər Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR