
Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb.
"AVESTA.AZ"un yerli bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.
1971-ci il təvəllüdlü Mahir Qabil oğlu Əhmədov ərazidəki üstü bağlanmamış quyuya düşərək ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.