1-09-2022, 20:00 604

Türkiyədə “Səngərdən Səhnəyə Musiqi” layihəsi başa çatıb

Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Böyük Taarruzun (Avqust Zəfərinin) 100-cü ildönümü və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə qardaş ölkənin Ankara və İstanbul şəhərlərində “Siperden Sahneye Müzik” ("Səngərdən Səhnəyə Musiqi") layihəsi çərçivəsində keçirilən tədbirlər başa çatıb.

Bu barədə "AVESTA.AZ"a Müdafiə Nazirliyindən məlumat verilib.

Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Özbəkistan və Qırğızıstan respublikalarının ordularının yaradıcı kollektivlərinin qatıldıqları ilk konserti Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin, Baş Qərargah komandanlığının rəsmiləri, Quru Qoşunları, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin, xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri, eləcə də onların ailə üzvləri izləyiblər.

Atatürk Mədəniyyət Mərkəzində konsert başlamazdan əvvəl “TRT” kanalının tanınmış aparıcılarından olan Göktuğ Kırca tamaşaçıları və qonaqları salamlayaraq bu layihənin ölkələr arasında hərbi əməkdaşlığın və mədəni əlaqələrin daha da genişləndirilməsinə böyük töhfə verəcəyini əminliklə nəzərə çatdırıb.

“Ulu bir çinarın qolları kimi eyni kökdən, eyni gövdədən qol-qanad atmaqdayıq. Ayrı-ayrı dövlətlər olsaq da, eyni millətin övladlarıyıq. Tariximiz bir, dilimiz bir, dinimiz bir, mədəniyyətimiz birdir. Atalarımızın bizlərə əmanət etdiyi qardaşlıq adlı bu dəyərli çinarı əl-ələ, çiyin-çiyinə verərək böyütmək və yetişdirmək hər birimizin müqəddəs borcudur”, - aparıcı deyib.

Türkdilli dövlətləri təmsil edən yaradıcı qruplar təqdim edildikdən sonra əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani səhnəyə dəvət edilib.

A.Qurbaninin Türkiyənin Zəfər bayramı ərəfəsində Azərbaycan əsgərinin Laçın şəhərinə daxil olması və orada Zəfər bayrağımızı dalğalandırması müjdəsi, “Cəbhədən səhnəyə” adlı şeiri, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin musiqi üçlüyünün müşayiəti ilə Nigar Rəhimova və Vüsal Ağayevin ifa etdikləri “Gəncədən gəlirəm”, “Vətən bayatıları”, “Qarabağ şikəstəsi”, “Ay Laçın” bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qazaxıstan Müdafiə Nazirliyi Milli Hərbi Vətənpərvərlik Mərkəzinin, Özbəkistan Silahlı Qüvvələri Mahnı və Rəqs Ansamblının, Qırğızıstan Ordusunun folklor qrupunun, Şimali Kipr Türk Respublikasının Müdafiə Qüvvələri Komandanlığının və Türkiyə Respublikası Armoni musiqisi orkestrlərinin ifa etdikləri milli musiqi nümunələri, qardaşlığı, dostluğu tərənnüm edən vətənpərvərlik mahnıları, milli rəqslər tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edib.

Layihə çərçivəsində ilk konsert “Bu bayraq” mahnısının iştirakçı ölkələrin xalqlarının dillərində səsləndirilməsi ilə sona yetib.

Konsertdən sonra əslən Gəncə quberniyası Samux nahiyəsinin Tomulu kəndindən olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini Şuay Alpay Azərbaycanı təmsil edən yaradıcı heyətlə görüşüb, onların çıxışlarını yüksək qiymətləndirib.

Səmimi keçən söhbət zamanı Ş.Alpay bildirib ki, onun babası Qaçaq Məmmədqasım ötən əsrin 20-ci illərində baş verən Gəncə üsyanının təşkilatçılarından biri olub və uzun müddət ətrafına topladığı dəliqanlılarla birlikdə respublikamızın azadlığı uğrunda erməni-bolşevik qüvvələrinə qarşı mərdliklə mübarizə aparıb. 30-cu illərdə əvvəl İranda, sonra isə Türkiyədə mühacir həyatı yaşamağa məcbur olan Qaçaq Məmmədqasım ömrünün sonuna qədər Vətən həsrəti ilə yaşayıb, Azərbaycanın öz müstəqilliyini bərpa edəcəyinə həmişə inanıb.

Solistlərimizin ifa etdikləri xalq mahnıları və muğam parçaları Şuay Alpaya duyğulu anlar yaşadıb.

İstanbul şəhərində Milli Müdafiə Universitetinin Atatürk salonunda keçirilən konsertdə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Tahsin Ertoğruloğlu, Qazaxıstan Respublikası müdafiə nazirinin müavini Sultan Kemoleddinov, Özbəkistan müdafiə nazirinin müavini polkovnik Xamdan Alikuloviç Karshiyev, Qırğızıstan Respublikası müdafiə nazirinin müavini general-mayor Akyibek İbrayev də iştirak ediblər.

Bu konsert proqramının əvvəlində də Abdulla Qurbaninin çıxışı böyük maraqla qarşılanıb. Dünya şöhrətli Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı Əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun ifasında əzəmətlə səslənib.

Möhtəşəm konsert proqramından sonra Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar səhnədən qonaqları və tamaşaçıları salamlayıb. İştirakçı dövlətlərin təmsilçiləri olan yaradıcı heyətlərə təşəkkür edib.

Türk dünyasının bir, həmrəy, bərabər, qardaş olduğunun bir daha ortaya qoyulduğunu ifadə edən Hulusi Akar ilk olaraq gerçəkləşdirilən bu layihənin gələcəkdə də təkrarlanacağını vurğulayaraq deyib: “Bizlər bir ailəyik - Türk ailəsi. İki min beş yüz illik böyük Türk xaqanlığının davamıyıq. Coğrafiyalarımızın fərqli olmasına baxmayaraq, biz bundan sonra da bir millət olmağımızın, birgə olmağımızın, bərabər olmağımızın düşüncəsi ilə yaşayacağıq. Buna görə də özəlliklə hərbi əməkdaşlıq, təhsil, müdafiə sənayesi məsələlərində birlikdə olmağımızın vacibliyini qeyd edirik. Ölkələrimiz arasında bu əlaqələr gündən-günə daha da inkişaf edir. Biz birlikdə daha gözəl işləri həyata keçirəcəyik”.

Konsert proqramının sonunda rəsmi qonaqlara və yaradıcı kollektivlərə hədiyyələr, gül dəstələri təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Paylaş

Xəbər lenti

"Sabah" - "Barselona" matçının baş hakimi daha əvvəl 4 dəfə Azərbaycan klublarının oyununa təyinat alıb Bu gün, 15:48 Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndiririk Bu gün, 15:48 Tayani 20 Yanvar faciəsi zamanı insan tələfatının miqyasından sarsıldığını bildirib Bu gün, 15:48 7 yaşında şahmatla tanış oldu, 18 yaşında dünya çempionu oldu Bu gün, 15:48 Ceyhun Bayramov: Azad olunmuş ərazilərdə bərpa işlərində İtaliya şirkətləri fəal iştirak edirlər Bu gün, 15:48 "Nar"ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib Bu gün, 15:48 Su polisi brakonyerlik etməkdə şübhəli şəxsləri saxlayıb Bu gün, 15:48 "TikTok"da avtomobil elanları yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb Bu gün, 15:48 "Unutmayacağımız dostluq jestidir" - İtaliyadan Azərbaycana təşəkkür Bu gün, 14:48 Sabahdan Bakının 2 rayonunda SU KƏSİLƏCƏK Bu gün, 14:48 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar Bu gün, 14:48 Lamin Yamal "Sabah"la oyunu buraxacaq Bu gün, 14:48 Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması haqqında dəyişiklik təsdiqlənib Bu gün, 14:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddəti azaldılıb Bu gün, 14:48 Prezident ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı dəyişikliyi imzalayıb Bu gün, 14:48 Bakının bu rayonlarında mənzillər 20 faizdən çox bahalaşıb - SİYAHI Bu gün, 14:48 Nərimanovda açıq lyuk təhlükəsi - Gecə ərazidən keçmək risklidir Bu gün, 14:48 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi Bu gün, 13:48 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib Bu gün, 13:48 Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyuna çıxıb Bu gün, 13:48 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı Bu gün, 13:48 Yüksək təzyiqi olanlar səhər yeməyini nə vaxt yeməlidir? Bu gün, 13:48 Ötən həftə 470 hektar ərazi minalardan təmizlənib Bu gün, 13:48 Antonio Tayani: Azərbaycanla müdafiə və enerji sektorlarında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur Bu gün, 13:48 Ukraynada dağıntılar altından 14 saat sonra 7 yaşlı uşaq sağ çıxarıldı Bu gün, 13:48 Bəzi yerlərdə yağış intensivləşib, qar yağıb - Faktiki hava Bu gün, 13:48 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi Bu gün, 12:48 Bakının bu qəsəbələrində yollar TƏMİR EDİLƏCƏK Bu gün, 12:48 Mikayıl Cabbarov: "Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər" Bu gün, 12:48 Məktəbin həyətində yaranmış kanalizasiya problemi aradan qaldırıldı Bu gün, 12:48 "PAŞA Bank" COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib Bu gün, 12:48 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? Bu gün, 12:48 İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib Bu gün, 12:48 Azərbaycanda elektriklə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 12:48 İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi" Bu gün, 12:48 Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir Bu gün, 11:48 Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub Bu gün, 11:48 Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT Bu gün, 11:48 Bloger sükan arxasında canlı açıb, qayda pozdu - DYP hərəkətə keçdi Bu gün, 11:48 Ələtdə yeni hava limanının açılacağı tarix bilindi Bu gün, 11:48 Bakıda kişi hoteldə ölüb Bu gün, 11:48 Dahi bəstəkar Üzeyir Hacıbəyovun vəfatından 78 il ötür Bu gün, 11:48 Erməni əsirliyindən qaçan qazi vəfat etdi Bu gün, 11:48 Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır" Bu gün, 11:48 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü Bu gün, 11:48 Bakıda tıxacları azaltmağın ən real yolu açıqlandı Bu gün, 10:48 Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 10:48 "Şöhrət" ordeni ilə təltif edilən Asif Əsgərov kimdir? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR