
Türkiyənin məşhur “Kurtlar Vadisi” serialındakı Polat Alemdar obrazı ilə tanınan aktyor Necati Şaşmaz yeni serialda rol alacaq.
Avesta xəbər verir ki, bu barədə o, Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısesin aparıcısı olduğu “İbo Show”da danışıb.
“İşlərim olur, bir platformada sevənlərimlə görüşməyi düşünürəm. Ssenarisini mən yazıram”, - deyə Şaşmaz qeyd edib.
O, həmçinin İbrahim Tatlıseslə “Dağlar dağımdır benim” mahnısını duet ifa edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.