17-02-2024, 16:20 751

Baş Qərargah rəisi Qarabağda bir neçə hərbi hissədə olub

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunmuş bir neçə hərbi hissədə olublar.

Bu barədə “AVESTA.AZ”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Quru Qoşunların rəhbər heyəti, briqada komandirləri, onların müavinləri və əlahiddə hərbi hissələrin komandirləri ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuz qarşısında qoyduğu tapşırıqları komandir-rəis heyətinə çatdırıb, onların icrası ilə əlaqədar müvafiq göstərişlər verib.

Baş Qərargah rəisi səfərbərlik hazırlığı üzrə təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin təminatı və keçirilən praktiki məşqlər ilə maraqlanıb, döyüş və atəş hazırlığını izləyib, onların təkmilləşdirilməsinə dair göstərişlər verib. Bildirilib ki, təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin əksəriyyəti Vətən müharibəsi və ondan sonra keçirilmiş əməliyyatlarda iştirak etmiş ehtiyatda olan hərbi qulluqçulardır.

Baş Qərargah rəisi səfərbərlik hazırlığı və səfərbərlik ehtiyatlarının yaradılması üzrə keçirilən tədbirlərin planlı şəkildə davam etdirilməsi, ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim toplanışlarının mütəmadi keçirilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb.

General-polkovnik K.Vəliyev səfərbərlik ehtiyatlarının cəlb olunması ilə təşkil edilmiş komanda-qərargah təliminin gedişi ilə də maraqlanıb. Təlimin keçirilmə yerinə və səhra şəraitində açılmış təlim nöqtələrinə gələn Baş Qərargah rəisi aidiyyəti vəzifəli şəxslərin məruzələrini dinləyib.

Təlimlərin keyfiyyətinin daha da artırılması, habelə cəlb olunan şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə dair hərbi hissələrin komandanlıqları qarşısında konkret tapşırıqlar qoyulub.
Sonra Raket və Artilleriya Qoşunlarının hərbi hissələrində olan Baş Qərargah rəisi təlim və məşqlərin keyfiyyətinin, eləcə də onların çöl şəraitində keçirilməsinin intensivliyinin artırılması, həmçinin döyüş heyətlərinin praktiki vərdişlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

Kəlbəcər və Laçın istiqamətlərində dislokasiya olunmuş hərbi hissələrə baş çəkən general-polkovnik K.Vəliyevə görülən işlər barədə məruzə olunub. İnşası davam etdirilən hərbi obyektlərdə tədbirlərin plana uyğun yerinə yetirilməsi, habelə işlərin təyin edilmiş müddətdə başa çatdırılması barədə Müdafiə nazirinin göstərişləri aidiyyəti vəzifəli şəxslərə çatdırılıb.

Paylaş

Xəbər lenti

Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb Bu gün, 16:48 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi Bu gün, 16:48 Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub Bu gün, 16:48 Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH Bu gün, 16:48 Quba-Xınalıq yolunda torpaq sürüşməsi nəticəsində bağlanan yol açılır Bu gün, 16:48 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi Bu gün, 16:48 Zaqatalada sel təhlükəsi yaranıb, çaylara texnikalar cəlb olunub Bu gün, 16:48 İnfarktdan ölmədi, tüstüdən boğulub öldü: Əhmədlidəki yanğının təfərrüatı Bu gün, 16:48 "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər Bu gün, 16:48 ACF rəsmisi: Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb Bu gün, 15:48 Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib Bu gün, 15:48 Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı Bu gün, 15:48 Ceyhun Bayramov Əraqçi ilə Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivlərini müzakirə edib Bu gün, 15:48 Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır" Bu gün, 15:48 Kardioloq: "Oturaq həyat tərzi infarkt riskini artırır" Bu gün, 15:48 46 yaşlı aktyor təyyarə qəzasında öldü Bu gün, 15:48 Rusiya kəşfiyyatı Bakıda doğulmuş erməni dünya çempionunu öldürmək istəyir? Bu gün, 14:48 Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir" Bu gün, 14:48 Bakıda bir neçə yolda sürət həddi endirildi Bu gün, 14:48 Prezidentin qurultaydakı dərinməzmunlu çıxışı çətin və şərəfli yolun geniş təhlili idi - RƏY Bu gün, 14:48 ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür Bu gün, 14:48 Türkiyə gözəli bu səbəbdən ölkəsini tərk etdi Bu gün, 14:48 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu Bu gün, 14:48 İlham Əliyevin YAP-ın qurultayındakı çıxışı Azərbaycanın davamlı sülh və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirdi - RƏY Bu gün, 13:48 Məşhur psixoterapevt Anatoli Kaşpirovski vəfat edib Bu gün, 13:48 Quba-Xınalıq yolunda torpaq sürüşməsi - Yol tam bağlandı Bu gün, 13:48 Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Bu tarixdə Bu gün, 13:48 FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 12:48 Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180, Talışa isə 20 ailə köçürülüb Bu gün, 12:48 Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? Bu gün, 12:48 Sabah da Bakıya yağış yağacaq? - Proqnoz Bu gün, 12:48 ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib Bu gün, 11:48 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib Bu gün, 11:48 Prezident İlham Əliyev Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib Bu gün, 11:48 Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk Bu gün, 11:48 İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib Bu gün, 11:48 Ferhat Gündoğdu da həbs edildi Bu gün, 11:48 Əhmədlidə yanan köşkdən meyit tapıldı Bu gün, 11:48 XİN: Azərbaycan qardaş dövlətlərlə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir Bu gün, 10:48 Avtobus palçıqlı yolda batdı Bu gün, 10:48 lkin Namazov vəzifəsindən azad edildi Bu gün, 10:48 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib Bu gün, 10:48 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür Bu gün, 10:48 Elçin Əmirbəyov: "Sülh sazişiylə cari Ermənistan Konstitusiyası arasında mövcud uyğunsuzluğun aradan qaldırılması prosesin təminatı üçün qaçılmazdır" Bu gün, 10:48 "Turan Tovuz" 32 ildən sonra "Fənərbağça" ilə üz-üzə gələcək Bu gün, 09:48 Şahdağa qar yağır Bu gün, 09:48 Masazırda yolları su basıb Bu gün, 09:48 Tovuzda dəhşətli hadisə: Qadın yanıb öldü Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR