
Qazax rayonunda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən 2 nəfəri avtomobil vurub. Onlardan biri Rəqsanə Məmmədova, digəri isə Elmira Şıxlinskidir. Qadınların hər ikisi müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.