
Goranboy rayonunda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü R.Rzayev və 2005-ci il təvəllüdlü E.Musayevi avtomobil vurub.
Hər iki piyada müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.