20-02-2024, 09:39 498

Avrasiya üçün önəmli amilə çevrilən Türkiyə-Azərbaycan birliyi daha da möhkəmlənməkdədir - RƏY

Avrasiya üçün önəmli amilə çevrilən Türkiyə-Azərbaycan birliyi daha da möhkəmlənməkdədir.

Bunu “AVESTA.AZ”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfəri zamanı aparılan müzakirələrdə ikitərəfli əlaqələrin bütün istiqamətlərinin nəzərdən keçirildiyini bildirən deputat qeyd edib ki, dövlət başçıları bir daha regional və beynəlxalq məsələləri dəyərləndiriblər:

“Ankaradan növbəti dəfə qardaşlıq mesajları verilib. Türkiyə seçkilərdən öncə AŞPA-dan Azərbaycana qarşı haqsız iddialara etiraz edərək, nümayəndə heyətimizə qarşı qəbul olunan qərəzli qərar ləğv edilənə qədər Azərbaycana dəstəyi və bu istiqamətdəki səylərin davam etdirəcəyini bəyan edib”.

Onun sözlərinə görə, Bakı və Ankara eyni zamanda regionda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik” fikri Fransa başda olmaqla regionda xaos yaratmaq istəyən destruktiv qüvvələrə ciddi mesaj idi”.

 Könül Nurullayeva
Könül Nurullayeva

Milli Məclisin üzvü nəzərə çatdırıb ki, liderlər hərbi sahədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində atılan və bundan sonra atılacaq addımları da nəzərdən keçiriblər: “Bakı və Ankara Şuşa Bəyannaməsində ortaya qoyulan iradə ilə işbirliyini davam etdirir. Müdafiə sənayesi sahəsində birgə istehsalla əlaqədar konkret planlar icra olunmaqdadır. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycanda Türkiyə ordu modeli tam oturuşub və 5 ay əvvəl - 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı bunu bir daha təsdiqlədi. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırıb. Yalnız bölgə deyil, bütövlükdə Avrasiya üçün önəmli amilə çevrilən Türkiyə-Azərbaycan birliyi daha da möhkəmlənir. Liderlərin birgə verdiyi bəyanatdan aydın oldu ki, əsas hədəflərdən biri Türk Dövlətləri Təşkilatındakı birliyin daha da güclənməsinə nail olmaqdır. Bu ilin iyulunda təşkilatın Şuşada keçiriləcək toplantısında gələcək perspektivlər bir daha müzakirə olunacaq. Görünən budur ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirməkdədir”.

K.Nurullayeva vurğulayıb ki, Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi kimi, bizim ailəmiz Türk dünyasıdır: “Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər”. Bu mənada böyük coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərini gücləndirmək əsas prioritetdir. Məqsəd Türk Dövlətləri Təşkilatını qlobal arenada önəmli aktora və güc mərkəzinə çevirməkdir. Azərbaycan və Türkiyə bu prosesə xüsusi töhfə verir”.

Paylaş

Xəbər lenti

Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər Bu gün, 20:48 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" Bu gün, 20:48 Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub Bu gün, 20:48 İranın "Buşehr" AES-in birinci enerji bloku yenidən şəbəkəyə qoşulub Bu gün, 20:48 Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib Bu gün, 19:48 Almaniya Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək Bu gün, 19:48 İranda SEPAH-la əlaqəli olduğu bildirilən din xadimi güllələnərək öldürüldü Bu gün, 19:48 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar Bu gün, 18:49 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? Bu gün, 18:48 Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib Bu gün, 18:48 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı Bu gün, 18:48 Belarusun ən titullu klubu aşağı liqaya düşdü Bu gün, 18:48 Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir Bu gün, 17:48 50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik" Bu gün, 17:48 Yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı Bu gün, 17:48 Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? Bu gün, 17:48 ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb Bu gün, 17:48 Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib Bu gün, 16:48 Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır Bu gün, 16:48 Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir Bu gün, 16:48 İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir Bu gün, 16:48 Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir Bu gün, 16:48 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? Bu gün, 16:48 Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 16:48 Azərbaycanda şair vəfat etdi Bu gün, 16:48 Vilyam Hacıyevin azadlıqda ilk FOTOsu Bu gün, 16:48 "Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR