
İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə cavab zərbələri endirib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Gün ərzində İsrailin şimalındakı Ərəb əl-Aramşe, Hanita və Dov dağı əraziləri istiqamətinə bir neçə raket və mərmi atışı qeydə alınıb. Son bir neçə saat ərzində SAXAL Livanın Rab əl-Talatin, Ayta əl-Şab və Blida bölgələrində “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib”, - deyə məlumatda bildirilir.
İsrail hərbçiləri həmçinin Livanın cənubundakı Blida bölgəsindəki “Hizbullah”ın hərbi obyektini bombardman edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.