
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası də məlumat yayıb.
Söhbət zamanı iki dövlət arasındakı münasibətlər və regional məsələlər müzakirə edilib.
Ərdoğan Consonla onun vəzifədə olduğu müddətdə yaxın dialoq qurduqlarını, iki ölkə arasındakı münasibətləri qarşılıqlı hörmət və anlaşma əsasında daha da inkişaf etdirdiklərini bildirib.
Türkiyə lideri strateji tərəfdaş və yaxın müttəfiq olan Böyük Britaniya ilə əlaqələrin qarşıdakı dövrdə bütün sahələrdə inkişaf edəcəyinə inandığını qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.