
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Argentinanın Vitse-prezidenti Kristina Fernandez de Kirşnerə qarşı sui-qəsdi pisləyib.
“Report” xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Eri Kaneko bildirib.
“Baş katib bu xəbərdən şoka düşüb. O, bu zorakılığı pisləyir və vitse-prezident, hökumət və Argentina xalqı ilə həmrəy olduğunu bildirir”, - Kaneko bildirib.
Qeyd edək ki, Argentinanın Vitse-prezidenti Kristina Fernandez de Kirşnerə qarşı sui-qəsd cəhdi olub. Belə ki, cinayətkar silahın tətiyini çəksə də, atəş açılmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.