3-09-2022, 16:00 679

Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verənlərin adları açıqlanıb, onlar saxlanılıb - YENİLƏNİB-6

Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli  hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. 

İstintaq hərəkətləri davam etdirilir.

15:02

Bakıda "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcısı saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

11.30

"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə reabilitasiya mərkəzində çəkildiyi iddia olunan video görüntülərlə bağlı məsələ Ombudsmanın nəzarətindədir".

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb və bununla bağlı müvafiq qurumlara müraciətlər edilib", - məlumatda qeyd olunub.

10.33

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.

10.23

Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzinin birində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video ilə bağlı daha bir dövlət qurumu reaksiya verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin Mətbuat xidmətindən "Report"a bildirilib ki, bununla bağlı Dövlət Komitəsi  və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb:

"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə  hüquqi qiymət veriləcək".

10:12

Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır: "Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq".

09.28

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.

“Report”un xəbərinə görə, bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb.

Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Report”a bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində qeydə alınıb:

“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məsələ artıq nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Paylaş

Xəbər lenti

Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə olunub Bu gün, 00:48 Azərbaycan arxeologiyasının ən mühüm ünvanlarından biri - Azıx mağarasından reportaj Bu gün, 00:48 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq Dünən, 23:48 Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb Dünən, 23:48 Paytaxtda su kollektorunun partlaması nəticəsində yaranan problem niyə həll olunmur? Dünən, 23:48 "Euronews": SOFAZ Azərbaycanın Asiya və Avropa arasında birləşdirici halqa rolunu möhkəmləndirir Dünən, 23:48 Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT Dünən, 23:48 Hikmət Hacıyev: Azərbaycan-Meksika münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır Dünən, 22:48 Prezidentin köməkçisi: Azərbaycan və Meksika arasında sıx tərəfdaşlıq üçün böyük imkanlar var Dünən, 22:48 Husilər Bab əl-Məndəbdəki son iki adanı da ələ keçiriblər Dünən, 22:48 Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı Dünən, 22:48 Sabunçuda bina sakinlərinin lift kartları bloklandı: Səbəb nədir? Dünən, 22:48 CENTCOM rəhbəri danışıqlar üçün Səudiyyə Ərəbistanındadır Dünən, 21:48 AZPROMO: Azərbaycan sahibkarları Çində xidmət ixracı imkanları ilə bağlı müzakirələr aparırlar Dünən, 21:48 Valideynləri gözləyən xərclər və forma QİYMƏTLƏRİ Dünən, 21:48 Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb Dünən, 20:48 İranda sünni ruhaninin qətli: Pərdəarxası məqamlar Dünən, 20:48 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ Dünən, 20:48 Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? Dünən, 20:48 Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ Dünən, 19:48 Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub Dünən, 19:48 Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər Dünən, 19:48 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb Dünən, 19:48 Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən YENİ AÇIQLAMA Dünən, 19:48 Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Dünən, 19:48 Fərid Şəfiyevə üç müavin təyin edildi Dünən, 18:48 Paytaxt sakinlərinin tıxac kabusu: Məktəblər açılır, yollar necə olacaq? Dünən, 18:48 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb Dünən, 18:48 Müsəlman ölkələrindən olan diplomatlar Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar Dünən, 18:48 Diplomatik korpus Şuşada Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstləri ilə tanış olub Dünən, 18:48 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var Dünən, 18:48 ABŞ senatorları OpenAI-dan süni intellekt modelləri ilə bağlı məlumat tələb edib Dünən, 18:48 Səkkiz ayda əsas kapitala yatırılan investisiyanın həcmi açıqlandı - Ciddi artım Dünən, 18:48 Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar Dünən, 17:48 Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb Dünən, 17:48 Hərəkət iflic olur, sürücülər gərginləşirlər: Tıxacın həlli bu dəyişikliklərdədir? Dünən, 17:48 "Elmlər Akademiyası"ndan "Həzi Aslanov"a ekspres marşrut fəaliyyətə başlayır Dünən, 17:48 Nazir mərhum prokurorun general oğluna vəzifə verdi Dünən, 17:48 Fərid Şəfiyev BMTMM sədri təyin edilib - SƏRƏNCAM Dünən, 17:48 Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində müzakirə keçirilib Dünən, 17:48 Sakinlərin şikayətinə səbəb olan daş emalı sexi ilə bağlı nələr üzə çıxdı? Dünən, 16:48 Bakıda yağış sularının yaratdığı problemlər necə həll olunacaq? – AÇIQLAMA Dünən, 16:48 Bakıda ərini öldürüb həyətdə basdıran qadına hökm oxunub Dünən, 16:48 Terrorçuluğu maliyyələşdirən iki nəfərə hökm oxundu Dünən, 16:48 Ekrem İmamoğluna hökm oxundu Dünən, 16:48 Dördüncü İqlim Həftəsi başa çatıb Dünən, 16:48 Slovakiya sentyabrda Azərbaycanla qaz tədarükü üzrə danışıqlara başlayacaq Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR