
Rusiyanın Tuva Respublikasında İstilik Elektrik Stansiyasında (İES) partlayış olub.
“AVESTA.AZ” “TASS”a istinadən xəbər verir ki, hadisə Uluq-Xem rayonundakı Şaqonarskaya İES-də baş verib.
Respublikanın başçısı Vladislav Xovalıq bildirib ki, hadisə nəticəsində 18 nəfər xəstəxanaya yerləşdirilib:
“6 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti orta ağırdır. Daha üç nəfərin vəziyyəti qənaətbəxşdir. Hazırda bütün yaralılar xəstəxanalara çatdırılır. Digər 3 nəfərin axtarışı davam edir”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.