15-03-2024, 16:40 441

Dünyanın problemləri Azərbaycanın iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır - RƏY

Dünyanın problemləri Azərbaycanın iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır: "Bu səbəbdən mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar, ortaya çıxan problemlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bu baxımdan, ölkəmizdə “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumu qlobal müzakirə platforması hesab oluna bilər".

F.Yıldırım bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də önəmli beynəlxalq platformadır: "Qlobal Bakı Forumu da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ənənəvi olaraq hər il keçirdiyi tədbirdir. İndiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaq təmsil olunub. Mərkəzin keçirdiyi tədbirlərə də maraq ildən-ilə artır. Elə XI Qlobal Bakı Forumunda da 68 ölkədən 400-dən çox qonağın iştirak etməsi bunu təsdiqləyir. Qonaqlar arasında 40-dan çox hazırkı, həmçinin sabiq dövlət və hökumət başçıları var. Bu da həqiqətən tədbirin nəhəng intellektual potensialına dəlalət edir".

Milli Məclisin üzvü xatırladıb ki, Prezident İlham Əliyev XI Qlobal Bakı Forumunun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada və regionda baş verən proseslər, Qoşulmama Hərəkatı müstəvisində fəaliyyəti və digər aktual mövzularla bağlı fikirlərini ifadə etdi: "Ən vacib məqamlardan biri də dövlət başçısının Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etməsidir. Prezidentin dediyi kimi, güclü siyasi iradə, eyni zamanda potensialı nümayiş etdirdik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Beləliklə, bütün amillərin vəhdəti, iqtisadi inkişaf, maliyyə imkanları, müdafiə potensialı, hərbi qulluqçularımızın təlimi, BMT, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəkləməsi, aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi. Dövlət başçısı bir daha sülhə çox yaxın olduğumuzu bəyan etdi. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və sülhə nail olmaq mümkündür. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik, indi də regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib.

Fatma Yıldırım vurğulayıb ki, XI Qlobal Bakı Forumunda COP29 məsələsi də diqqət mərkəzində oldu: "Tədbir iştirakçıları bu mötəbər beynəlxalq platformanın ölkəmizdə keçirilməsini dəstəkləyiblər. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, COP29-un Azərbaycanda keçirilməsi ölkənin yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Məlumdur ki, indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Nəticədə Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi də planlaşdırırıq. Yaşıl enerji bu gün qlobal problemə çevrilən iqlim böhranının da həllinə öz töhfəsini verə bilər. Çünki iqlim dəyişiklikləri ölkələrin iqtisadiyyatı, ətraf mühiti və ekologiyasına ciddi ziyan vurur. Ona görə də beynəlxalq ictimaiyyət qlobal problemin həlli üçün daim çağırışlar edir. Bu baxımdan, Azərbaycanın həyata keçirdiyi siyasət, gerçəkləşdirdiyi tədbirlər təqdirəlayiqdir. Bütün bunların fonunda COP29-un ölkəmizdə keçirilməsi məsələnin müzakirəsinin qlobal mahiyyətini ifadə edir. XI Qlobal Bakı Forumunda bu reallıqlar diqqət mərkəzində oldu".

Paylaş

Xəbər lenti

Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Bu gün, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Bu gün, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Bu gün, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Bu gün, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR