
"Çox dinamik oyun alındı. Qol fürsətlərimiz olsa da, yararlana bilmədik. Komandamın çıxışından razı qaldım".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Dalğa Arena"da "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
O, "Neftçi"yə qarşı keçirəcəkləri VI tur görüşünə də toxunub: "Bu matçı analiz edib, növbəti qarşllaşmalara hazırlaşacağıq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.