9-04-2024, 19:28 649

Azərbaycan və İtaliya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Romada Azərbaycan Xarici İşlər Nazirliyi ilə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, siyasi məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, qarşı tərəfdən isə İtaliya Respublikası xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında ənənəvi dostluğa və qarşılıqlı etimada əsaslanan çoxölçülü strateji tərəfdaşlıq və onun gücləndirilməsi, o cümlədən siyasi, ticarət-iqtisadi, energetika, müdafiə və təhlükəsizlik, nəqliyyat, logistika, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

Tərəfdaşlığın dərinləşdirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin, habelə Strateji Dialoqun və Hökumətlərarası Komissiyanın növbəti iclaslarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Beynəlxalq və regional gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən mövzular, çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi mövzuları da müzakirələrin diqqət mərkəzində olub.

2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

Qarşı tərəfə regional vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar barədə məlumat verilib. Habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən bərpa-quruculuq işləri, bu xüsusda İtaliya ilə əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında mədəniyyət, elm, təhsil sahələrində, xüsusilə də Bakıda İtaliya-Azərbaycan Universiteti çərçivəsində həyata keçirilən mübadilələrin, habelə beynəlxalq inkişafa yardım sahəsində potensial əməkdaşlıq imkanlarının tərəfdaşlığın şaxələndirilməsindəki əhəmiyyətini qeyd ediblər.

Səfər zamanı F.Rzayev həmçinin İtaliyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də nüfuzlu beyin mərkəzlərində təşkil olunmuş tədbirlərdə çıxış edib.

Paylaş

Xəbər lenti

İlham Əliyevin YAP-ın qurultayındakı çıxışı Azərbaycanın davamlı sülh və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirdi - RƏY Bu gün, 13:48 Məşhur psixoterapevt Anatoli Kaşpirovski vəfat edib Bu gün, 13:48 Quba-Xınalıq yolunda torpaq sürüşməsi - Yol tam bağlandı Bu gün, 13:48 Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Bu tarixdə Bu gün, 13:48 FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 12:48 Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180, Talışa isə 20 ailə köçürülüb Bu gün, 12:48 Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? Bu gün, 12:48 Sabah da Bakıya yağış yağacaq? - Proqnoz Bu gün, 12:48 ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib Bu gün, 11:48 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib Bu gün, 11:48 Prezident İlham Əliyev Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib Bu gün, 11:48 Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk Bu gün, 11:48 İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib Bu gün, 11:48 Ferhat Gündoğdu da həbs edildi Bu gün, 11:48 Əhmədlidə yanan köşkdən meyit tapıldı Bu gün, 11:48 XİN: Azərbaycan qardaş dövlətlərlə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir Bu gün, 10:48 Avtobus palçıqlı yolda batdı Bu gün, 10:48 lkin Namazov vəzifəsindən azad edildi Bu gün, 10:48 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib Bu gün, 10:48 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür Bu gün, 10:48 Elçin Əmirbəyov: "Sülh sazişiylə cari Ermənistan Konstitusiyası arasında mövcud uyğunsuzluğun aradan qaldırılması prosesin təminatı üçün qaçılmazdır" Bu gün, 10:48 "Turan Tovuz" 32 ildən sonra "Fənərbağça" ilə üz-üzə gələcək Bu gün, 09:48 Şahdağa qar yağır Bu gün, 09:48 Masazırda yolları su basıb Bu gün, 09:48 Tovuzda dəhşətli hadisə: Qadın yanıb öldü Bu gün, 09:48 Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib Bu gün, 00:48 Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? Dünən, 23:48 Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır Dünən, 23:48 Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub Dünən, 23:48 "Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər Dünən, 23:48 Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib Dünən, 23:48 İranda Bəlucistan gərginliyi: Hakimiyyət bölgəyə nəzarəti itirir? Dünən, 22:48 YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar Dünən, 22:48 Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb Dünən, 22:48 Arıqlamaq istəyənlər suşidən imtina etməlidir? - Mütəxəssis açıqladı Dünən, 22:48 Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı Dünən, 22:48 "OpenAI"nin süni intellekt agentləri Avstraliyada iki dövlət qurumunun sisteminə müdaxilə edib Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı Dünən, 21:48 Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb Dünən, 21:48 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək Dünən, 21:48 Şadlıq evlərində kütləvi zəhərlənmə TƏHLÜKƏSİ - Ekspektdən XƏBƏRDARLIQ Dünən, 21:48 G7 ölkələri yanacaq bazarı ilə bağlı mühüm razılığa gəldilər Dünən, 21:48 İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib Dünən, 20:48 "Fənərbaxça" klubu Bakıda coşqu ilə qarşılandı Dünən, 20:48 Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı Dünən, 20:48 Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi Dünən, 20:48 Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR