
Türkiyənin Tokat şəhərinin Sulusaray rayonunda 4,7 maqnitualı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) .
İdarənin verilənlərinə əsasən, zəlzələnin ocağı 9,97 km dərinlikdə yerləşib. Seysmohadisə yerli vaxtla 01:06-da (Bakı vaxtı ilə 02:06) qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.