
Bakıda 31 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"AVESTA.AZ"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Əmirov Şənlik Mirzəxan oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın koməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol dirsək sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.