
Sabirabad rayon sakinini elektrik cərəyanı vurub.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Polad Toğay kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Ramil Mübariz oğlunu iş zamanı ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.