31-12-2021, 19:00 791

Tarixdə iz qoyanlar: 3-cü kursda bütün SSRİ məkanına səs salan AZƏRBAYCANLI
“Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.
 
Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
 
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 
 
Bu il görkəmli bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin təşəkkülü və inkişafında misilsiz xidmətləri olmuş Cahangir Cahangirovun 100 illik yubileyi tamam oldu.  Mahnı, kantata, instrumental pyes, opera kimi müxtəlif janrlarda eyni çoşğu ilə, ilham və həvəslə yazıb yaratmış  sənətkarın musiqisi öz rəngarəngliyi, parlaqlığı və emosionallığı ilə qəlbləri fəth edib. Cahangir Cahangirovun yaradıcılığı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da maraq doğurub, bəyənilib, sevilib və zamanında  dövlət tərəfindən layiqincə qiymətləndirilib.
 
Görkəmli bəstəkarın yaradıcılıq yolu Azərbaycan musiqisinin böyük bir tarixi mərhələsini əhatə edir. Milli musiqi yaradıcılığının bir çox janrının inkişafında onun xidmətləri əvəzedilməzdir. Milli xor mədəniyyətimizin təşəkkülündə dahi Üzeyir Hacıbəyovdan sonra Cahangir Cahangirovun adı çəkilir.
 
Ü.Hacıbəyovla şəxsən tanış olan Cahangir dahi bəstəkarla bağlı xatirələrini “Unudulmaz xatirələr” və “Üzeyir Hacıbəyov haqqında xatirələrim” məqalələrində qələmə alıb. Məqalələrdən aydın olur ki, dahi Üzeyir bəylə gənc Cahangirin ilk tanışlığı 1937-ci il ilə təsadüf edir. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində xor kollektivi təşkil etmək üçün filarmoniyaya gələn Üzeyir bəy tələbələri dinləyir. Həmin vaxt teatr  texnikumunda təhsil alan gənc Cahangir komissiyanın sədri Üzeyir Hacıbəyov tərəfindən bəyənilir və  o, xor kollektivinə qəbul edilir. Bir müddət xorda oxuyan Cahangir xatirələrində daha sonra yazır:
 
“Bir gün məşqdən sonra Üzeyir bəy məni yanına çağırdı və dedi: “Cahangir, yoldaşlarından bir neçəsi mənə deyiblər ki, sən bəzən musiqi parçaları, mahnılar qoşursan. Bir əyləş, çal görüm. Eşitmək istəyirəm”.
 
Özünü itirən, əlləri əsməyə başlayan Cahangirin  həyəcanını sakitləşdirən Üzeyir bəy Cahangirin çaldığı əsərlərə qulaq asaraq onları bəyənir və ona Qara Qarayevə müraciət etməyi məsləhət görür.
 
“Beləliklə, mənim bəstəkarlıq sənətinə ilk dəfə qədəm qoymağım məhz Üzeyir Hacıbəyovun adı ilə bağlıdır”, – deyə C.Cahangirov xatirələrində qeyd edir.
 
Ümumiyyətlə, Cahangir Cahangirov Üzeyir bəyin atalıq qayğısını hər zaman hiss etdiyini vurğulayırdı. Hətta xatirələrinin birində qeyd edir ki, müharibə illərində yaradıcı ziyalılara geyim, pal-paltar, ayaqqabı verirdilər. 1944-cü ildə Bəstəkarlar İttifaqına yenicə qəbul olunmuş gənc Cahangirə bir şey düşmədiyini bilən Üzeyir bəy öz adına yazılmış əşyanı ayaqqabı ilə əvəz edib Cahangirə verilməsini tapşırır.
 
“Amma geyməyə ürəyim gəlmirdi. O, Üzeyir bəyin əvəzsiz yadigarı kimiydi. İllər keçib, ancaq mən unudulmaz müəllimimin hədiyyəsini – bir cüt ayaqqabını heç cür yaddan çıxarmıram”,- deyə bəstəkar xairələrində yazırdı.
 
 
Mübaliğəsiz söyləmək olar ki, Cahangir Cahangirovun yaradıcılığı ötən əsr musiqimizin simasını bir çox cəhətdən müəyyənləşdirmək üçün kifayət qədər zəngin material verir. Bəstəkarın qələmə aldığı operalar, süitalar, üvertüralar, poemalar, konsertlər, fuqalar, prelüdlər, pyeslər, kantatalar, oratoriyalar, odalar, marşlar, mahnılar, rəqslər,  kinofilmlərə yazdığı musiqilər buna parlaq sübutdur.
 
 
C.Cahangirov Araz və Cənub harayına səs verən mübariz sənətkar, bölünmüş o taylı-bu taylı Vətən həsrətinin alovlu nəğməkarı idi. Cəsarətlə demək olar ki, Azərbaycan bəstəkarlarının yaradıcılığında Araz mövzusunu C.Cahangirov oyadıb,  ilk  Araz nəğməsini məhəbbətlə o oxuyub.
 
“Təbrizim mahnısı, “Arazın o tayında” vokal-simfonik poeması və “Azad” operasını buna misal göstərmək olar. Bəstəkar 1949-cu ildə hələ tələbə ikən qələmə aldığı  “Arazın o tayında” vokal-simfonik poemasını Cənubi Azərbaycanda baş vermiş milli azadlıq hərəkatının güclü təsiri altında yazmışdı. Bir il sonra əsər SSRİ Dövlət mükafatına layiq görülür. O zaman konservatoriyanın 3-cü kurs tələbəsi olan C.Cahangirova keçmiş SSRİ məkanında geniş şöhrət qazandırmış belə bir səpkidə əsərin meydana çıxması Azərbaycan sovet musiqisinin ciddi nailiyyəti kimi qeyd edilməlidir.
 
 
C.Cahangirovun yaradıcılığı çoxşaxəlidir. O, “Azad” və “Xanəndənin taleyi” operalarının, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarının, Sabir, Hüseyn Cavidə həsr olunmuş oratoriyaların, xalq mahnılarının xor üçün işləmələrinin, orijinal xor əsərlərinin, mahnıların, simfonik əsərlərin, kinofilmlərə və teatr tamaşalarına musiqilərin müəllifidir. Bəstəkarın ölməz şair Füzuliyə həsr etdiyi “Füzuli” kantatası xüsusən böyük şöhrət qazanıb. Müəllif şərqin misilsiz şairinin parlaq obrazını təsirli musiqi dili ilə əks etdirə bilib.
 
 
C.Cahangirovun yaradıcılığının bir şaxəsini də onun gözəl lirik  mahnıları təşkil edir. Bəstəkar müxtəlif irihəcmli əsərlərə müraciət etməklə yanaşı, mahnı janrına da daim üstünlük vermiş və gözəl nəğmələr bəstələyib. “Mahnıya ciddi münasibət bəsləmək lazımdır. Mahnının ideya, məzmun gücü, müasir səciyyəsi, sifəti olmalıdır”, - deyə bəstəkar bildirirdi.
 
 
Kino musiqisi sahəsində də C.Cahangirov gözəl bir iz qoyub  Bu gün də sevərək izlədiyimiz “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qatır Məmməd” ,“Papaq” kinofilmlərinə bəstəkarın  yazdığı musiqilər kino musiqi sənətimizin parlaq səhifəsini təşkil edir. Onun bir çox gözəl mahnıları məhz kinofilmlərdən, ekrandan “ayrılaraq” xalq arasında geniş şöhrət tapıb.
 
 
Cahangir Cahangirov vətəninə, elinə oldiqca bağlı bir insan olub. Bəstəkar xatirələrinin birində qeyd edir ki, 1961-ci ildə SSRİ Mədəniyyət Nazirliyi tərəfindən bəstəkar kimi bir illik ərəb ölkələrinə göndərilir. Məqsəd ərəb folklorunu toplayıb onun üzərində işlədikdən sonra orkestr üçün tərtib etmək imiş. “Vətən həsrəti məni olduqca sarsıdırdı” deyən bəstəkar qürbətdə darıxdırıcı günlər yaşadığını qeyd edir.
 
“Vətən həsrətilə beynimdə bir melodiya həmişə səslənirdi və məni rahat qoymurdu” söyləyən bəstəkar  Bakıya dönən kimi vağzalda onu qarşılayan yaxın dostu şair Zeynal Cabbarzadəni evə dəvət edir və tələsik, 15 dəqiqə içində ona həmin melodiyaya “Vətən həsrəti” şeirini yazdırır. Bir neçə gündən sonra mahnı müğənni Şövkət Ələkbərovanın ifasında televiziya və radio ilə səslənməyə başlayır.
 
 
Cahangir Cahangirovun yaradıcılıq irsi olduqca əhatəli və rəngarəngdir və şübhəsiz ki, burada sadaladıqlarımızla məhdudlaşmır. Bəstəkarın irsi gələcəkdə hələ neçə-neçə tədqiqat işlərinin mənbəyi olacaqdır. Bu irsi təsdiq edən və əbədi yaşadan isə elə bəstəkarın musiqisidir. Cahangir Cahangirovun ölməz musiqisi səsləndikcə insanların könlü, bəstəkarın isə ruhu şad olacaq.  
 
Xatirə QƏDİROVA,
ARDƏİA-nın aparıcı arxeoqrafı
Paylaş

Xəbər lenti

Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib Bu gün, 00:48 Ağdamda traktor minaya düşüb Bu gün, 00:48 Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" Bu gün, 00:48 İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib Dünən, 23:48 Dünya növbəti pandemiyanın astanasındadır? - "Yeni öldürücü ştamın ortaya çıxacağı mütləqdir" Dünən, 23:48 İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb Dünən, 23:48 Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır Dünən, 23:48 "Fars": ABŞ qüvvələrinin İordaniyaya köçürülməsinin qarşısı alınıb Dünən, 22:48 Zelenski: Sabah Kiyevdə Uitkoff və Kuşnerlə danışıqlar baş tutacaq Dünən, 22:48 Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib Dünən, 22:48 Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır Dünən, 22:48 Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır? Dünən, 21:48 İranda neft tanker partlayıb, on nəfər ölüb Dünən, 21:48 "Formula-1": Qasli İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Dünən, 21:48 Solomon adaları yaxınlığında güclü zəlzələ baş verib Dünən, 21:48 ABŞ Silahlı Qüvvələri İranın üç tankerinə zərbələr endirib Dünən, 20:48 Üç azərbaycanlı atlet "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışının qalibi olub Dünən, 20:48 Türkiyədə aktyor evində ölü tapılıb Dünən, 20:48 Badamdarda "şambo" dərdi: Tullantı suları yaşayış evinə ziyan vurur Dünən, 20:48 Şengen vizası da rəqəmsallaşır: Müraciət prosesi çətinləşəcək? Dünən, 19:48 Zelenski Azərbaycan əsilli prokuroru təltif edib Dünən, 19:48 Ötən gün 9 qanunsuz silah aşkarlanıb Dünən, 19:48 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib Dünən, 19:48 "Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb Dünən, 19:48 Aleksandar Vuçiç Serbiyanın baş naziri ola bilər Dünən, 19:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub Dünən, 18:48 Türkiyədə "Airbus A340" sərnişin təyyarəsi alovlandı Dünən, 18:48 Goranboyda məktəbin sanitar qovşağını söküb yararsız vəziyyətə salıblar? - AÇIQLAMA Dünən, 18:48 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var" Dünən, 18:48 ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı Dünən, 17:48 Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verilib Dünən, 17:48 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub Dünən, 17:48 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı Dünən, 17:48 Yunanıstanda "F-4 Phantom" qırıcısı aviaşou zamanı qəzaya uğrayıb Dünən, 17:48 "Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib Dünən, 17:48 Namiq klip çəkilişi zamanı yaşadığı qorxu dolu anlardan danışdı Dünən, 17:48 2026-cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? - Tramp açıqladı Dünən, 16:48 Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb Dünən, 16:48 Baku TV turistlərin Şuşada qayaları yazaraq şəhərin tarixi və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb Dünən, 16:48 Azərbaycan xizəkçisi Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazanıb Dünən, 16:48 Bakıda avtomobilə hücum edən qadın barədə DİN-dən AÇIQLAMA Dünən, 16:48 Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib Dünən, 16:48 Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib Dünən, 15:48 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı Dünən, 15:48 Həyat yoldaşından 64 yaşlı Seda Sayana: "Ay kimisən, sevgilim!" Dünən, 15:48 Masazır sakinlərini qorxudan məsələnin aqibəti necə oldu? Dünən, 15:48 Xaçaturyan: Türkiyə ilə sərhədlərin açılması Ermənistana Aralıq dənizi limanlarına çıxış imkanı verəcək Dünən, 15:48 "Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununu keçirib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR