
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ilə görüşündə ölkəsinin qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmaqda qətiyyətli və birmənalı mövqeyini təsdiqləyib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Ermənistan prezidentinin aparatı məlumat yayıb.
O qeyd edib ki, bunun təsdiqi hazırda Ermənistanla Azərbaycan arasında aparılan sərhədlərin demarkasiyası prosesidir.
Bundan başqa, tərəflər regional və qlobal hadisələr, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Hər iki tərəf qaynar münaqişələrin dinc danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.
Üstəlik, Ermənistan və ABŞ arasında əməkdaşlıq məsələləri də müzakirə edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.