
Fransa etirazlar zamanı yüzlərlə vətəndaşın və polisin yaralandığı Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının açıqlamasında bildirilir.
Təhlükəsizlik qüvvələri ötən gecə Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində iğtişaşlar zamanı 140 nəfəri həbs edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Yeni Kaledoniya prezidentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, iğtişaşlar nəticəsində 3 nəfər ölüb. Fransanın ali komissarı Lui Le Frank daha əvvəl açılan atəş nəticəsində bir nəfərin öldüyünü, iki nəfərin isə yaralandığını bildirib.
Ali komissar vurğulayıb ki, iğtişaşçılarla mülki müdafiə qüvvələri arasında atışma olub. Polis məntəqəsinə basqın cəhdi yaşanıb.
Fransanın daxili işlər naziri Jerald Dermanen bildirib ki, yüzlərlə insan, o cümlədən 100-ə yaxın polis və jandarm yaralanıb. Onlarla ev və ticarət obyekti yanıb.
Qeyd edək ki, Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və kütləvi tədbirləri qadağan edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.