20-05-2024, 14:48 419

BP Pedaqoji Universitetin 140 tələbəsinə peşəkar inklüziv tədris sertifikatı verib

Bu gün BP və tərəfdaşları Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri üçün nəzərdə tutulmuş mühüm bir təlim proqramını başa çatdırıb.

“AVESTA.AZ”un məlumatına görə, proqramın əsas məqsədi ibtidai təhsil üzrə ixtisaslaşan bakalavr tələbələrinin inklüziv tədris bacarıqlarının inkişaf etdirilməsi idi.

Universitetin İbtidai təhsil fakültəsinin təxminən 140 tələbəsi təlim proqramında iştirak edərək inklüziv təhsilin innovativ metodlarına və xüsusiyyətlərinə yiyələnib. Sonda onlara beynəlxalq sertifikatlar verilib. Proqramın məzmununun əsasını empatiya və hörmət, insanların fərdi xüsusiyyətlərini nəzərə almaqla hər bir şəxs üçün təhlükəsiz, uyğun və məqbul bir mühit yaradılması kimi bacarıqlar təşkil edib.

Proqram “DanceAbility®” adlanan beynəlxalq təlim metoduna əsaslanıb və bu metod universal ünsiyyət üsullarından istifadə etməklə əlilliyi olan insanların müalicəsində və reabilitasiyasında inklüzivliyi əhatə edir. Metodun mahiyyəti hərəkətlərdə harmoniya və koordinasiya əldə etməklə bədii ifadə, improvizasiya, ünsiyyət və özünəinamı təmin edən hərəkətləri öyrətmək və məşq etməkdən ibarətdir. Bu metod əsasən həssas qrup insanların, o cümlədən fiziki və əqli əlilliyi olan şəxslərin - uşaqlar, yeniyetmələr, yaşlılar, müharibə veteranları və digərlərinin təhsil və təlimində istifadə olunur.

Sertifikatların təqdim olunması tədbirində çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli hesab edir ki, bu layihə inklüziv təhsilin əhəmiyyəti barədə məlumatlılığın artırılması səylərinə mühüm töhfədir.

Onun sözlərinə görə, daha geniş kontekstdə, layihə təkcə təhsildə deyil, bütövlükdə cəmiyyətdə inklüzivlik hissini təşviq etmək məqsədi daşıyır: “Elə bir inklüziv cəmiyyət ki, orada insanlara ədalətli və bərabər münasibət göstərilir, hər bir insan özünü dəyərli hiss edir, xoş qarşılanır və hörmət görür. İnanırıq ki, bu hissi və bu mədəniyyəti kiçik yaşlardan aşılamaq vacibdir və məhz buna görə də diqqətimizi ibtidai siniflərə yönəltməyə qərar verdik”.

Yeddi aylıq (oktyabr 2023 – may 2024) layihənin ümumi dəyəri təxminən 78 min manat və ya 45 900 ABŞ dolları təşkil edib.

Paylaş

Xəbər lenti

"Haber Global": İlham Əliyev liderlərə müraciət edib Bu gün, 21:48 Türküstan bəyannaməsi: TDT liderləri Azərbaycanın sədrliyini yüksək qiymətləndiriblər Bu gün, 21:48 Dövlət qulluğuna test imtahanının nəticəsi ləğv edilə bilər - Bu hallarda Bu gün, 21:48 Masazırda təhlükə yaradan bina tikilir? Bu gün, 21:48 FIFA bu futbolçuya görə "Qarabağ"a transfer qadağası qoyubmuş Bu gün, 21:48 İraqın yeni hökuməti təsdiqləndi - Əli Zeydi vəzifəyə başladı Bu gün, 20:48 Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək Bu gün, 20:48 "Ört-basdır etdiklərini ifşa edirik" - BTQ-nin effektiv fəaliyyəti kimləri narahat edir? Bu gün, 20:48 Kəlbəcərə qayıdan ailənin hekayəsi: "Hər qaranlıq gecənin bir işıqlı sabahı var" Bu gün, 20:48 Bakı, Gəncə və Zərdabda ağaclar MƏHV EDİLDİ Bu gün, 20:48 Əməkdar artist: "Onun cəsarəti yoxdur ki, öz adı ilə nəsə yazsın" Bu gün, 19:48 WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib Bu gün, 19:48 Lahıc yolunda UÇQUN - Qayalar yolun ortasına düşdü Bu gün, 19:48 Bayram namazının vaxtı məlum oldu Bu gün, 19:48 Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu Bu gün, 19:48 "Şəfa" Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib Bu gün, 19:48 "Haber Global" İlham Əliyevin Türküstandakı çıxışına diqqət çəkdi Bu gün, 18:48 Bakıda şagirdlər arasında DAVA: Məsələ rəhbərlik tərəfindən ARAŞDIRILIB Bu gün, 18:48 Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR Bu gün, 18:48 İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib Bu gün, 18:48 Şahin Mustafayev Rusiya hökümətinin sədr müavini ilə ikitərəfli məsələləri müzakirə edib Bu gün, 18:48 Maksimum balı təkcə o topladı Bu gün, 18:48 Sürücülərə XƏBƏRDARLIQ - Bu magistral yol çöküb Bu gün, 18:48 WUF13 üçün onlayn qeydiyyat başa çatıb Bu gün, 18:48 Ukraynanı WUF13-də Aleksey Kuleba təmsil edəcək Bu gün, 17:48 Adil Kərimli: "Hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik" Bu gün, 17:48 Evliliklərinin 10 illiyində bu fotoları paylaşdılar Bu gün, 17:48 Burada maşın saxlamaq da, hərəkət etmək də müşkülə çevrilib - NECƏ OLMALIDIR? Bu gün, 17:48 Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam" Bu gün, 17:48 Bakı-Ələt yolunda körpünün bir hissəsi ÇÖKDÜ Bu gün, 17:48 Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub Bu gün, 17:48 TDT-nin Katibliyinin potensialının artırılmasına dair qərar qəbul edilib Bu gün, 17:48 IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib Bu gün, 17:48 Ərdoğan Türk dövlətlərini yüksək texnologiyalar və süni intellekt sahəsində əməkdaşlığa çağırıb Bu gün, 16:48 İlham Əliyev: Rəqəmsal inkişaf sahəsində Türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir Bu gün, 16:48 İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak edib Bu gün, 16:48 Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır Bu gün, 16:48 Azərbaycanda "Ezamiyyə xərclərinin normaları haqqında" qərar dəyişib Bu gün, 16:48 Ərdoğan Türk dövlətlərini müdafiə sənayesində əməkdaşlığı genişləndirməyə çağırıb Bu gün, 16:48 Bu tarixdən YAĞIŞLAR BAŞLAYIR - XƏBƏRDARLIQ Bu gün, 16:48 Türkiyə Prezidenti: İnkişaf edən Türk dünyası məqsədimizdir Bu gün, 16:48 WUF13 çərçivəsində təşkil olunan mühüm tədbirdə nə müzakirə olunur? Bu gün, 16:48 Ərdoğan: Türkiyə COP31-ə hazırlıq zamanı süni intellektə və rəqəmsallaşmaya üstünlük verir Bu gün, 16:48 Yol polisindən əlverişsiz hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ Bu gün, 16:48 Tramp Çinə təzyiq göstərə bilmədi: Pekin masaya diktə edən tərəf oldu? Bu gün, 16:48 19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb Bu gün, 16:48 Şavkat Mirziyoyev İlham Əliyevə TDT-dəki səmərəli sədrliyinə görə təşəkkür edib Bu gün, 16:48 Qardabanidə baş verən dəhşətli qəzada daha bir azərbaycanlı öldü Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR