
Türkiyənin İstanbul şəhərində metrobusların toqquşması nəticəsində xəsarət alanların sayı artıb.
"AVESTA.AZ" bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, xəsarət alanların sayı 99 nəfərə çatıb.
Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Xəsarət alan sərnişinlər xəstəxanalara yerləşdirilib, onların müalicəsi davam edir.
Türkiyənin İstanbul şəhərində metrobusların toqquşması nəticəsində xəsarət alanların sayı artıb.
"AVESTA.AZ" bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Son məlumata görə, yaralı sayı 85 nəfərə çatıb.
Xəsarət alan sərnişinlərin müalicəsi davam edir və vəziyyətləri nəzarət altındadır.
Xatırladaq ki, hadisə şəhərin Avcılar bölgəsində yüksək sürətlə hərəkət edən dörd metrobusun toqquşması nəticəsində baş verib.
Qəza səbəbindən Avropa istiqamətində metrobus reysləri kəsilib.
Türkiyədə ağır yol qəzası olub.
Bu barədə “AVESTA.AZ” “Anadolu”ya istinadən xəbər verir.
Məlumata görə, hadisə İstanbulda qeydə alınıb. Dörd metrobusun toqquşması nəticəsində azı 42 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbi hələ məlum deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.