
Sumqayıtda “F-1” markalı iki əl qumbarası aşkar edilib.
“AVESTA.AZ”un yerli bürosu məlumat verir ki, hadisə Sumqayıt şəhərinin 22-ci məhəlləsində qeydə alınıb.
Belə ki, məişət tullantılarının üzərindən 2 ədəd “F-1” markalı əl qumbarası tapılıb.
Məsələ barədə polisə məlumat verilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.