
Çexiyanın mərkəzi hissəsində yerləşən Pardubitse şəhərində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 4 nəfər ölüb, onlarla insan yaralanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “iDNES” portalı fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bəzi yaralıların vəziyyəti ağırdır.
Hazırda hadisə yerinə axtarış-xilasetmə qrupları, 36 yanğınsöndürmə briqadası və helikopter cəlb olunub.
Çexiyanın daxili işlər naziri Vit Rakuşan və nəqliyyat naziri Martin Kupka hadisə yerinə gedib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.