10-06-2024, 23:07 220

Xronika: Ermənilər xarici ölkələrdə yaşayan azərbaycanlılara da düşmən gözü ilə baxırdılar

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"AVESTA.AZ" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, Əməkdar elm xadimi Nəriman Rəsulov olub.

O, böyüyüb boya-başa çatdığı Amasiya rayonunun Təpəkənd (Təpəköy) kəndindən söhbət açıb. Bildirib ki, bu yaşayış məntəqəsi füsunkar təbiəti, o cümlədən sərin bulaqları, dağları, Arpa gölü ilə görənləri valeh edib. Hər bir Qərbi azərbaycanlı üçün doğma el-obanın əziz olduğunu diqqətə çatdıran professor, yurd nisgili ilə yaşadığını vurğulayıb. Təpəkənddə keçirdiyi qayğısız uşaqlıq illərini, təhsil almaq üçün üzləşdiyi çətinlikləri xatırlayıb.

Əməkdar elm xadimi N.Rəsulov ermənilərin azərbaycanlılara qarşı tarixən düşmənçilik etdiyini söyləyib. Qeyd edib ki, bu münasibətdən irəli gələrək, ötən əsrin əvvəlində soydaşlarımız qətliamlara, sonrakı dövrlərdə isə fiziki-mənəvi işgəncələrə, deportasiyalara məruz qalıblar. Onun sözlərinə görə, Qərbi Azərbaycanda kəndlərdə yaşayan azərbaycanlılar rayon mərkəzlərinə, şəhərlərə gedəndə daim ermənilərin təqiblərinə, təhdidlərinə, ayrı-seçkiliyinə məruz qalıb, məqsədli şəkildə münaqişəyə cəlb olunublar. Sovet hakimiyyəti illərində qabaqcıl azərbaycanlılar erməni millətçiləri tərəfindən şərlənib, həbs edilib, sürgünə göndərilib, yaxud da sui-qəsd və terror yolu ilə öldürülüblər. Hətta xarici ölkələrdə yaşayan azərbaycanlılara da ermənilər düşmən gözü ilə baxıblar.

Professor N.Rəsulov söyləyib ki, bütün Qərbi azərbaycanlılar kimi onun da ailəsi 1987-1988-ci illərin deportasiyasında böyük sınaqlarla üz-üzə qalıb. Valideynləri, yaxın qohumları əmlaklarını, həmin vaxta kimi qurub-yaratdıqlarını, ən əsası isə doğma Vətənlərini itiriblər. Zor gücünə öz evini tərk etməyə məcbur qalan soydaşlarımız yollarda erməni quldurlarının hücumlarına da məruz qalıblar. Alimin qənaətincə, əgər həmin dövrdə Hamamlı rayonunda zəlzələ baş verməsəydi və ermənilərin başı təbii fəlakətin fəsadlarını aradan qaldırmağa qarışmasaydı, dinc azərbaycanlılar daha böyük faciələrlə üzləşə bilərdilər.

Əməkdar elm xadimi N.Rəsulov sonda bildirib ki, ata-baba torpaqlarına dinc yolla, təhlükəsiz şəkildə qayıtmaq hər bir Qərbi azərbaycanlının, o cümlədən onun da haqqı və hüququdur. Professor əminliklə vurğulayıb ki, yaxın gələcəkdə soydaşlarımız bu hüquqlarından yararlanacaqlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

İmişli və Biləsuvarda yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək  Bu gün, 22:44 Cüdo üzrə yeniyetmə qızlar arasında ACF Kubokunun III turu keçiriləcək Bu gün, 22:29 Gürcüstan DİN parlament qarşısındakı aksiyada zorakılıq halları barədə məlumat yayıb Bu gün, 22:22 Putin: Rusiya Xəzərin dayazlaşmasına yol verməməlidir Bu gün, 22:21 Fərid Qayıbov son 3 ayda beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb Bu gün, 22:17 Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib Bu gün, 22:03 KİV: ABŞ Ukraynaya 725 milyon dollar dəyərində silah göndərəcək Bu gün, 22:02 "Hizbullah" atəşkəsdən sonra ilk dəfə İsrail mövqelərinə zərbələr endirib Bu gün, 21:40 Markus Reşford Premyer Liqadakı qol sayına görə Dennis Berqkampa çatıb Bu gün, 21:39 Şuşada "Yaradıcılıq marafonu" start götürüb Bu gün, 21:32 Almaniya kansleri: Ukraynanın müstəqil, suveren dövlət olmaq hüququ var Bu gün, 21:15 ACF dan seminar və imtahanlarında müvəffəqiyyət qazanmış iştirakçılara sertifikatlar təqdim edib Bu gün, 21:15 Nyu York - Dehli reysi ilə uçan təyyarə Rusiyada təcili eniş edib Bu gün, 21:06 Polşa prezidentliyinə namizəd neonasistlərlə əlaqədə ittiham edilib Bu gün, 20:52 Almaniya Kiyevə “Patriot” və “Gepard” qurğularını verəcək Bu gün, 20:41 “Gənclər Paytaxtı”nın bağlanış mərasimində "Şuşa Yaradıcılıq Emalatxanası" keçirilib Bu gün, 20:28 Gürcüstanda aksiya zamanı polisə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 20:23 Nazir: "Azərbaycan “yaşıl iqtisadiyyat” yolunda irəlilədikcə BƏƏ ilə əlaqələr daha da inkişaf edəcək" Bu gün, 20:16 Fransa parlamentində müxalifət baş nazirə etimadsızlıq votumu irəli sürüb Bu gün, 20:14 Azərbaycan millisi Rusiya yığması ilə ikinci yoldaşlıq oyununu keçirib Bu gün, 20:07 Mikayıl Cabbarov: "BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə fəal danışıqlar aparılır" Bu gün, 19:54 Ərdoğan: Türkiyə Suriyadakı hadisələri diqqətlə izləyir Bu gün, 19:54 "Qalatasaray" klubunun futbolçusu əməliyyat olunub Bu gün, 19:51 Muxtar Babayev Ər-Riyadda COP16 konfransında iştirak edir Bu gün, 19:40 Ceyhun Bayramov yeni təyin olunmuş gürcü həmkarını təbrik edib Bu gün, 19:36 Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilib Bu gün, 19:33 "Formula 1"in sabiq rəhbəri 636 milyon dollar dəyərində avtomobil kolleksiyasını satışa çıxarıb Bu gün, 19:19 İmişlidə yem bitkilərinin yığımı yekunlaşıb, bu il məhsuldarlıq aşağı olub Bu gün, 19:17 Ukrayna Prezidenti: Ölkədə gedən müharibənin 2025-ci ildə bitəcəyinə ümid edirəm Bu gün, 19:06 Gürcüstanın Baş naziri müxalifətlə danışıqların mümkünlüyünü istisna edib Bu gün, 18:48 KTZ: Bu ilin əvvəlindən Orta Dəhlizlə 300-cü konteyner qatarı yola salınıb Bu gün, 18:47 Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olunub Bu gün, 18:45 Pezeşkian: İran Suriyanın suverenliyini və ərazi bütövlüyünü qorumağa sadiqdir Bu gün, 18:40 Aİ ölkələrinin XİN başçıları dekabrın 16-da Gürcüstandakı vəziyyəti müzakirə edəcəklər Bu gün, 18:37 Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq  Bu gün, 18:37 Ərdoğan monteneqrolu həmkarı ilə regional məsələləri müzakirə edəcək Bu gün, 18:31 Tbilisidə Azərbaycanla Gürcüstan arasında siyasi məskəhətləşmələr aparılıb Bu gün, 18:31 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 14 ailə Cəbrayıla köçürülüb Bu gün, 18:30 Fərid Qayıbov: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha bir tarixi və qlobal nailiyyət qazandı” Bu gün, 18:26 Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib Bu gün, 18:22 Azərbaycanla Venesuela arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Bu gün, 18:22 Dövlət Məşğulluq Agentliyi: Bu ilin 10 ayında 9 500-ə yaxın əlilliyi olan şəxs işlə təmin edilib Bu gün, 18:11 Azərbaycan ilk dəfə IELS beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək Bu gün, 18:11 "Qarabağ" futbol akademiyasının sabiq koordinatoru klubun bazasını ziyarət edib Bu gün, 18:10 Aİ ölkələri ilin sonuna qədər müdafiə fondu haqqında saziş imzalaya bilər Bu gün, 18:02 17 yaşlı hokkeyçi xeyriyyə matçı zamanı dünyasını dəyişib Bu gün, 17:58 Azərbaycan Qvineya-Bisau ilə enerji sahəsində potensial əməkdaşlıq imkanlarını müzakirə edib - YENİLƏNİB Bu gün, 17:54 Azərbaycanda payızlıq əkinlərin bəyan müddəti bu ayın sonunda başa çatır Bu gün, 15:58

Bu xəbərlərİ də oxuyun