
İtaliya təmsilçisi "Montsa" İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusunu heyətinə qatıb.
"Report" xəbər verir ki, "qırmızı-ağlar" Omari Forsonla 4 illik müqavilə bağlayıb.
İngiltərə millisinin U-20 komandasının 19 yaşlı üzvü yeni klubuna azad agent kimi transfer olunub.
Qeyd edək ki, O.Forson "Mançester Yunayted"in heyətində cəmi 4 oyunda meydana çıxıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.