12-06-2024, 12:56 447

Azərbaycan cəmiyyətinin 84 faizi türk dövlətlərinin hərbi-siyasi əməkdaşlığını dəstəkləyir - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan cəmiyyətinin türk dövlətləri arasında əməkdaşlıq çərçivəsi barədə fikirlərini öyrənmək məqsədilə ictimai rəy sorğusu keçirib.

"Report" xəbər verir ki, nəticələrə əsasən, respondentlərin 6.0%-i türk dövlətləri arasında əməkdaşlığın yalnız tarixi-mədəni əlaqələr çərçivəsində, 6.2%-i tarixi-mədəni və iqtisadi əməkdaşlıq çərçivəsində, 84.2%-i iqtisadi və mədəni əlaqələrlə yanaşı, hərbi-siyasi əməkdaşlıq formatında qurulmasını istədiyini bildirib. Respondentlərin 3.6%-i cavab verməkdə çətinlik çəkib.

İctimai rəy sorğusunun nəticələri göstərir ki, Azərbaycan ictimaiyyəti Türk dünyası ölkələri arasında əməkdaşlıq vizyonunu türk mədəni irsinin qorunmasından enerji-nəqliyyat layihələri əsasında iqtisadi inteqrasiyanın təmin olunmasına, birgə siyasi-diplomatik fəaliyyətin təşkilindən regional təhlükəsizlik üçün vahid hərbi-təhlükəsizlik təsisatı kimi formalaşmağa qədər geniş müstəvidə dəyərləndirir.

Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, yaşı 18 və ondan yuxarı olan 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Paylaş

Xəbər lenti

Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR