12-06-2024, 17:59 504

Talassemiyalı uşaqların pullarını mənimsəməkdə təqsirləndirilənlərin məhkəməsində: Pulları alanda xəstəliyin yadına düşmürdü

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə təqsirləndirilən Aysel Məmmədovanın istintaqa verdiyi ifadə elan olunub.

Belə ki, o ifadəsində "Çinar Plaza"da Nuridə Seyidovaya 25 min manat pul verdiyini, Nuridə Seyidovanın da üzərinə 5 min manat qoyaraq ona 30 min manat Mərkəzi Klinikaya köçürmək üçün verdiyini deyib. Həmçinin zərərçəkən Nərgiz Mahmudovadan 9 min manat pulu alıb Toğrul adlı şəxsin yanında Nuridə Seyidovaya verdiyini bildirib.

Hakim qeyd edib ki, Aysel Məmmədova istintaqda ifadəsində "sponsor Qalib" adlı şəxsdən danışıb. A.Məmmədova cavabında deyib ki, sözügedən adamın övladı talassemiya xəstəsidir. O, övladını Türkiyədə əməliyyat etdirmək istəyib. A.Məmmədovanın sözlərinə görə, Şəbnəm adlı xanım "sponsor Qalib"dən daha iki nəfəri də əməliyyat etdirməyi istəyib.

"Danışığımız belə olmuşdu ki, biz xəstələri cəlb edirik, Nuridə isə Türkiyədə əməliyyat etdirirdi. Xəstələrdən aldığımız pulun üçdə bir hissəsini dörd yerə bölməli idik. Əməliyyat məbləğinin çatışmayan hissəsinin haradan gəldiyini bilmirdik. Bu barədə Nuridə bizə heç nə demirdi. Türkiyədə əməliyyat olunan üç xəstəyə görə komisyon alsam da, 4-cü xəstəyə görə, almadım. Nuridə Türkiyədə özəl şirkətlərlə müqavilə bağladığı üçün etibar qazanmışdı", - A. Məmmədova istintaqda deyib.

Hakim Nuridə Seyidovadan ifadə verməsini istəyib. O, xəstə olduğunu bildirib, ifadə verə bilməyəcəyini deyib.

"Pulları alanda xəstəliyin yadına düşmürdü. İfadə verməsən biz sənin istintaqa verdiyin ifadəni əsas götürəcəyik", - hakim Nuridə Seyidovaya cavabında bildirib.

Zərərçəkənlər N.Seyidovanın ifadə vermək istəmədiyinə etiraz ediblər, həmçinin bildiriblər ki, talassemiya xəstəliyindən əziyyət çəkən, eləcə də əməliyyat olunmalı olan uşaqlardan 3-ü ölüb.

Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

"İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda" təsdiqlənib Bu gün, 18:48 Bu tarixdən yağıntılar kəsiləcək, temperatur yüksələcək - AÇIQLAMA Bu gün, 18:48 İran vurulan ABŞ raketlərinin fraqmentlərini tədqiq edir Bu gün, 18:48 İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 18:48 Tramp: İranla razılaşma bu gün axşam imzalanacaq Bu gün, 18:48 Rusiyadan Azərbaycana gətirilən 19 ton yağda uyğunsuzluq aşkarlanıb Bu gün, 17:48 2 100 abonentin qazı kəsiləcək Bu gün, 17:48 ABŞ-nin hərbi aktivliyi artıb: Regionda yeni əməliyyat olacaq? Bu gün, 17:48 Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI Bu gün, 17:48 Bəzi ərazilərdə külək güclənib, yağış yağır - FAKTİKİ HAVA Bu gün, 17:48 Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib Bu gün, 17:48 Naxçıvanda bir sıra çaylardan sel keçib Bu gün, 17:48 Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı! Bu gün, 17:48 Azərbaycanda bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verilib Bu gün, 17:48 Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb Bu gün, 17:48 Ukraynadan Azərbaycana gətirilən toyuqda BAKTERİYA aşkarlanıb Bu gün, 16:48 "Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu Bu gün, 16:48 Qətər Doha üzərindən xarici aviaşirkətlərin uçuşlarını bərpa edir Bu gün, 16:48 Bakıda ürəyi dayanan kişini xəstəxana həyətində həyata qaytardılar - ANBAAN VİDEO Bu gün, 16:48 Azərbaycanda iki internet provayderi BAĞLANDI Bu gün, 16:48 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi Bu gün, 16:48 Bakının bir hissəsində qaz kəsilib Bu gün, 15:48 Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb Bu gün, 15:48 100 min bina söküləcək iddiaları təkzib edildi Bu gün, 15:48 Moskvaya qar yağacaq Bu gün, 15:48 Ceyhun Bayramov UNESCAP rəsmisi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib Bu gün, 15:48 TikTok canlı yayımında dəhşət: qadını bıçaqladı Bu gün, 14:48 "Mübarək" şadlıq sarayında yanğın olub Bu gün, 14:48 Sabunçu tunelindəki təhlükəli vəziyyət ARADAN QALDIRILDI Bu gün, 14:48 Ucarda 15 yaşlı qız ana olub, cinayət işi AÇILDI Bu gün, 14:48 Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb Bu gün, 14:48 Abituriyentlər daha çox 1-ci ixtisas qrupuna müraciət edirlər Bu gün, 14:48 Bakıda şagird sinif yoldaşına XƏSARƏT YETİRDİ Bu gün, 14:48 Ötən həftə 1455,4 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq Bu gün, 14:48 "İlin ən yaxşı xəbər kanalı" - "Haber Global" iki mükafat qazandı Bu gün, 13:48 Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi Bu gün, 13:48 Nərimanov rayonunda unlu qənnadı məmulatlarının emalı müəssisəsində istehsal dayandırılıb Bu gün, 13:48 Ebru Gündeş konsertdə estetik etirafı ilə gündəm oldu Bu gün, 13:48 Ceyhun Bayramov BMT tədbirində Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini bildirib Bu gün, 13:48 Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxsə ağır cəza istənildi Bu gün, 13:48 Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb Bu gün, 13:48 16 sahibkara "Startap" şəhadətnaməsi verilib Bu gün, 13:48 Polis SÜRÜCÜLƏRƏ müraciət etdi Bu gün, 12:48 "Barselona"nı "Çempionlar Liqasından edən futbolçu indi bu kluba keçmək istəyir Bu gün, 12:48 "Moyka"dan "Range Rover" qaçırıldı Bu gün, 12:48 ABŞ-də UNO tədqiqatçısının müəmmalı ölümü ilə bağlı məlumat yayılıb Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR