
Goranboyda 14 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə Nadirkənd kəndində baş verib.
Rayon sakini, 2010-cu il təvəllüdlü Abbasov Aydın Abbas oğlunun üzərinə yardımçı tikilidən mişar daşı düşüb. A.Abbasov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.