
Sumqayıtda qadın kirayə qaldığı mənzilin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 4-cü məhəlləsində qeydə alınıb.
Şəhər sakini, 1996-cı il təvəllüdlü Quliyeva Nigar İsa qızı yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.